Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov Laçında hərbi qulluqçularla görüşüb - Video

Dekabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb...

Poliqon xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, müdafiə naziri şəxsi heyətin fərdi hazırlığının təkmilləşdirilməsi, bilik və bacarığının daha da artırılması üçün üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Ali Baş Komandanın istənilən tapşırıqlarının icrasına hər an hazır olmaları hərbi qulluqçuların diqqətinə çatdırılıb.

Cənab M.Məmmədov Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı sayəsində ölkəmizin bütün bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə hərbi qulluqçuların maddi-texniki təminatının, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bu işlərin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə edib.

Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif edilib.

Nazir təqdim edilən hərbi texnikalara baxış keçirib, onların heyətlərinin hazırlığını yoxlayıb.

Hərbi hissədə yaradılan şəraitlə maraqlanan müdafiə nazirinə məruzə edilib ki, burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, camaşırxana-qazanxana və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur.
General-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksək səviyyədə saxlanması ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
Sonda şəxsi heyətlə birgə nahar edilib.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Bakıda türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib

Norveç, İrlandiya və İspaniya Fələstini suveren ölkə kimi tanıyıb

Ərdoğan: “İsrail Qəzzada dayandırılmasa, dünya yeni münaqişələrlə üzləşəcək”

Ən çox oxunanalar