Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: ABŞ yenə də Türkiyəni aldatmaq istəyir...

Metyu Miller deyib ki, Dövlət Departamenti Türkiyəyə F-16 təyyarələrinin satışına etiraz etmir...

Azər Qasımov: “ABŞ-ın Türkiyəyə qarşı olan anormal münasibətinin kökündə dayanan amil Türkiyənin Rəcəb Tayyib Ərdoğan dövründəki dəyişiklikdir”.

ABŞ üçün heç bir müqəddəs və səmimi münasibət yoxdur. Onlar ancaq öz maraqlarından çıxış edirlər”.

Bu sözləri politoloq Azər Qasımov ABŞ Dövlət Departamentinin sözçüsünün F-16 açıqlamasını Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Dövlət Departamenti Türkiyəyə F-16 təyyarələrinin satışına etiraz etmir. Eyni zamanda Miller bildirib ki, “Biz öz tərəfimizdən F-16-ların Türkiyəyə satışını dəstəkləyirik. Ancaq Konqresdə satışın yalnız Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqlədiyi təqdirdə mümkün olacağına qərar verən insanlar var. Biz də Türkiyəni bunu mümkün qədər tez etməyə çağırırıq”.

Suriyada PKK terroristlərinnə təlim keçən ABŞ-ın Türkiyəyə belə bir münasibəti nə qədər səmimidir?

ABŞ-Türkiyə münasibətlərini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “ABŞ Türkiyəyə F16 verməsi məsələsini İsveçin NATO-ya üzvlük məsələsi ilə əlaqələndirirsə, onda belə sual çıxır ki, F16 verilməsi məsələsi İsveç məsələsindən öncə meydana çıxmışdı, həm də bundan əvvəl F35 təyyarələrinin də verilməsini ləğv etdilər”.

ABŞ-ın Türkiyəyə həmişə yad münasibət sərgilədiyini xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Türkiyə dövləti bu durumda nə edəcəyi yaxşı bilir:

ABŞ-ın Türkiyəyə qarşı olan anormal münasibətinin kökündə dayanan amil Türkiyənin Rəcəb Tayyib Ərdoğan dövründəki dəyişiklikdir. Çünki Türkiyə artıq idarə olunan deyil, idarə edən rolunu oynayır. Bu da ABŞ üçün qəbul edilən deyil. Yerdə qalan məsələlər isə bəhanələrdir.

ABŞ Türkiyəyə F16 verməsi məsələsini İsveçin NATO-ya üzvlük məsələsi ilə əlaqələndirirsə, onda belə sual çıxır ki, F16 verilməsi məsələsi İsveç məsələsindən öncə meydana çıxmışdı, həm də bundan əvvəl F35 təyyarələrinin də verilməsini ləğv etdilər.

Görünən odur ki, ABŞ yenə də Türkiyəni aldatmaq istəyir. İsveçi NATO-ya üzv edəndən sonra başqa bəhanələr tapacaq. Tək o fakt kifayət edir ki, ABŞ Türkiyənin sərhəddində onun düşməni olan PKK-ya dəstək verir, təlim keçir. Türkiyəyə vermədiyi silahları PKK-ya verir.

Hesab edirəm ki, ABŞ üçün heç bir müqəddəs və səmimi münasibət yoxdur. Onlar ancaq öz maraqlarından çıxış edirlər. Türkiyəyə həmişə yad münasibət olub, indi də belədir. Türkiyə dövləti bu durumda nə edəcəyi yaxşı bilir. Odur ki, ABŞ bu dəfə Türkiyəni aldada bilməyəcək. Ən azı Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razı olub. ABŞ ilk olaraq bunun qarşılığında Türkiyənin tələblərindən bir hissəsini yerinə yetirməlidir ki, Türkiyə dövləti də münasibətdəki səmimiliyi hiss edib, ona inansın”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

KİV: Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq

Macarıstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Şuşada Prezident İlham Əliyevin adından TDT-nin dövlət və hökumət başçılarının şərəfinə nahar verilib

Barış Akarsunun 17 ildən sonra ortaya çıxan son görüntüsü gündəm oldu - Video

Ən çox oxunanalar