Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Slovakiyada hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilib

Dekabrın 19-da Slovakiyanın bir sıra şəhərlərində hökumət əleyhinə mitinqlər keçirilib...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, etiraz aksiyalarını müxalifət partiyaları təşkil edib və buna səbəb hökumətin xüsusi prokurorluğun ləğvi ilə bağlı qərarı olub. Qeyd edilir ki, xüsusi prokurorluq siyasətçilərlə bağlı bir sıra səs-küylü işləri araşdırıb.

Yerli KİV-in məlumatına görə, etirazlarda minlərlə insan iştirak edib. Aksiya iştirakçıları həmçinin hökumətin yanvar ayından qüvvəyə minən dövlət büdcəsindən qənaətlə bağlı tədbirlərinə etiraz ediblər, çünki vətəndaşlar bunun həyat səviyyəsinin aşağı düşməsinə səbəb olacağından ehtiyat edirlər.

Mitinqlərin ən böyüyü Bratislavada keçirilib. Onun iştirakçıları Slovakiya Milli üsyan meydanına çıxıblar. Həbslər və itkilər barədə məlumat yoxdur.

Qeyd edək ki, oktyabrdan Slovakiya hökumətinə Robert Fiko başçılıq edir. Fiko iddia edir ki, Xüsusi Prokurorluqfəaliyyəti vətəndaşların hüquqlarını pozub, həmçinin səlahiyyətlərindən sui-istifadə edib. Slovakiya prezidenti Zuzana Çaputova da departamentin ləğvinin əleyhinə çıxış edib. Prezident qurumun ləğvinə Konstitusiya Məhkəməsində etiraz etmək imkanını nəzərdən keçirir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil

Salome Zurabişvili Pasxa bayramı ilə əlaqədar 25 məhkumu əfv edib

Ən çox oxunanalar