Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Türkiyəyə gözlənilən səfəri və iki ölkənin ortaq maraqları...

Türkiyə-Rusiya münasibətlərində əsas olaraq hansı məsələlər ətrafında razılıq əldə edilə bilər?...

Politoloq: “Türkiyə öz milli maraqları üçün hərəkət edir. Ankara Moskva ilə mülayim siyasət aparır və bu siyasət həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına uyğundur”.

“Nəzəri cəhətdən baxanda Türkiyə NATO ölkəsidir və NATO ölkələrinin maraqlarına uyğun olaraq hərəkətlər etməlidir. Amma Türkiyə Rusiyaya qarşı olan sanksiyalara qoşulmur, Türkiyə Rusiya ilə ticarət əlaqələrini genişləndirir”.

Bu sözləri politoloq Qabil Hüseynli Rusiya prezidentinin Türkiyəyə gözlənilən səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər etməlidir. Səfər barədə danışan Kreml sözçüsü Dmitri Peskov Putinin səfərə hazır olduğunu desə də, səfərin dəqiq tarixinin hələ müəyyən edilmədiyini, lakin məsələ ilə bağlı iş getdiyini deyib. Bu barədə Putin özü də bildirib ki, o dekabrda Türkiyəyə səfər etməyi planlayıb, lakin Ərdoğanın gündəmi məşğul olduğu üçün səfər yanvarda baş tuta bilər.

Putinin Türkiyəyə səfəri Moskva və Ankara üçün nə qədər aktualdır? Çoxşaxəli və bir o qədər də problemli olan Türkiyə-Rusiya münasibətlərində əsas olaraq hansı məsələlər ətrafında razılıq əldə edilə bilər?

Türkiyə və Rusiya münasibətlərini Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Türkiyə ölkədəki inflyasiyanı, iqtisadi inkişafı əsas götürərək Rusiya ilə əlaqələrdən həm siyasi, həm də geostrateji mənfəət götürməyə çalışır və buna nail olur”.

Son zamanlar əsas məsələnin Rusiya qazının Türkiyə vasitəsilə Avropaya göndərilməsi məsələsi olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Rusiyanın Qara dənizdən çəkdiyi üçüncü qaz kəməri demək olar artıq tam işə hazırdır. Sadəcə olaraq borulara qaz verilməsi işi həyata keçirilmir:

“Nəzəri cəhətdən baxanda Türkiyə NATO ölkəsidir və NATO ölkələrinin maraqlarına uyğun olaraq hərəkətlər etməlidir. Amma Türkiyə Rusiyaya qarşı olan sanksiyalara qoşulmur, Türkiyə Rusiya ilə ticarət əlaqələrini genişləndirir. Beləliklə də, Türkiyə burada öz milli maraqlarını güdür. Yəni mənim zənnimcə ABŞ və bəzi Avropa ölkələrinin Türkiyəyə mənfi münasibətlərini nəzərə alaraq demək olar ki, Türkiyə öz milli maraqları üçün hərəkət edir. Ankara Moskva ilə mülayim siyasət aparır və bu siyasət həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına uyğundur.

Türkiyə Rusiya vasitəsilə bəzi iqtisadi problemlərini, məsələn taxıl və bəzi kənd təsərrüfatına olan ehtiyaclarını ödəyir. Yaxud da Türkiyə Rusiyadan aldığı taxılı üyüdərək başqa ölkələrə satır və burada da müəyyən mənfəətlər əldə edir. Türkiyə ölkədəki inflyasiyanı, iqtisadi inkişafı əsas götürərək Rusiya ilə əlaqələrdən həm siyasi, həm də geostrateji mənfəət götürməyə çalışır və buna nail olur.

Qabil Hüseynli: “Türkiyə ikinci Atom Elektrik Stansiyasını tikməyə çalışır. Bunu da Rusiyanın vasitəsilə həyata keçirmək istəyir”.

Son zamanlar əsas məsələ Rusiya qazının Türkiyə vasitəsilə Avropaya göndərilməsi məsələsidir. Çünki Rusiyanın Qara dənizdən çəkdiyi üçüncü qaz kəməri demək olar artıq tam işə hazırdır. Sadəcə olaraq borulara qaz verilməsi işi həyata keçirilmir. Yəqin ki, Ərdoğan-Putin görüşündə bu məsələ müzakirə ediləcək. Həmçinin Türkiyə Ağ Quyu Atom Elektrik Stansiyasının açılışını sürətləndirməyə çalışır. Eyni zamanda Türkiyə ikinci Atom Elektrik Stansiyasını tikməyə çalışır. Bunu da Rusiyanın vasitəsilə həyata keçirmək istəyir. Putinin Türkiyə səfəri zamanı olsun ki, bu məsələ ilə bağlı da müəyyən sənədlərin imzalanması nəzərdə tutulsun.

Türkiyə və Rusiya əlaqələri çoxşaxəlidir. Bu əlaqələrdə Türkiyə kənd təsərrüfatı məhsullarının maneəsiz Rusiyaya göndərilməsi də bir daha vurğulana bilər. Eyni zamanda Türkiyə tikinti şirkətlərinin Rusiyada çalışmaları üçün müəyyən güzəştlərin əldə edilməsi məsələsi gündəmdə ola bilər. Beləliklə də, ikitərəfli münasibətlərin bütün istiqamətlərinə dair razılaşmaların əldə edilməsinə nail oluna bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Ən çox oxunanalar