Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada ilk: Sonuncu mərhələdə olan xərçəng xəstəsi xilas edilib

Honkonq Universitetinin həkimləri dünyada ilk dəfə ölümcül qaraciyər xərçəngi olan xəstəni xilas ediblər...

Məlumata görə, kişiyə 2022-ci ilin noyabrında bu xəstəliyin sonuncu, dördüncü mərhələsi diaqnozu qoyulub. Onun qaraciyərində 18,2 santimetr ölçüdə şiş aşkarlanıb və metastazlar artıq yaxınlıqdakı damarlara nüfuz edib. Bundan əlavə, kəskin sirroza görə ona mütəmadi olaraq xəstəxanaya müraciət etmək də tapşırılıb.

Əvvəlcə həkimlər şişi əməliyyat edilə bilən ölçüyə qədər azaltmaq üçün altı ay müddətində terapiya aparıblar, sonra venoz damarlarda yaratdığı qan laxtalarının qarşısını alıblar. Avqust ayında isə oğlunun qaraciyərinin bir hissəsinin transplantasiyası uğurla həyata keçirilib.

Tibb müəssisəsində uzun sürən müşahidədən sonra kişi evə buraxılıb. Hazırda onun birinci mərhələyə aid olan 1,5 santimetr ölçüsündə şişi hələ də var və analizlər göstərir ki, yeni xərçəng hüceyrələrinin əmələ gəlməsi prosesi yoxdur.
Qeyd edək ki, bu hadisə nəticəsində dünyada ilk dəfə olaraq şiş kiçilməsi və transplantasiya yolu ilə inkişaf etmiş qaraciyər xərçənginin uğurlu müalicəsi həyata keçirilib.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar