Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan və Azərbaycan qoşunların sərhəddən geri çəkilməsini müzakirə edirlər

Bakı və İrəvan ikitərəfli formatda qoşunların Ermənistan-Azərbaycan sərhədindən çıxarılması ideyasını müzakirə edirlər...

Poliqon xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə birgə mətbuat konfransı zamanı deyib. Mirzoyan əlavə edib ki, Ermənistanın Baş nazirinin ofisi ilə Azərbaycan Prezidentinin Administrasiyası arasında etimadı artıran addımların müzakirəsi aparılır və saxlanılan hərbiçilərin azad edilməsi yeganə tədbir deyil.

“Saxlanılan hərbiçilərin mübadiləsi müzakirə edilən yeganə etimad yaradan saziş deyil. Digər məsələlər də də müzakirə olunub və müzakirə olunacaq. Məsələn, Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən qoşunların çıxarılması ilə bağlı müzakirələr aparılır. Biz inanırıq ki, qoşunların çıxarılması həqiqətən müsbət təsir göstərəcək və mümkün yeni eskalasiyanın qarşısını almağa kömək edəcək. Mən demirəm ki, bu barədə razılığa gəlmişik. Bu, müzakirə olunan ideyadır”, deyə Mirzoyan başqa ideyaların da müzakirə olunduğunu qeyd edib.

Ermənistanın xarici işlər naziri ümidvar olduğunu bildirib ki, İrəvan və Bakının qarşılıqlı addımları iki ölkə arasında münasibətlərin tənzimlənməsinə müsbət təsir göstərəcək.

“Lakin əsas proses sülh müqaviləsi üzrə danışıqlardır. Hesab edirəm ki, Azərbaycan görüşlər formatında danışıqlar masasına qayıtmalıdır. Biz artıq dedik ki, işin böyük hissəsi görülüb və indi əsas məsələlərin yekun redaksiyası üzrə görüşmək və razılığa gəlmək lazımdır”, deyə Mirzoyan əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar