Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: 2024-cü ilin ilk rübündə sülh sazişinin imzalanması şansları çox yüksəkdir

Artıq ilin sonuna qədər Ermənistanla sülh sazişinin imzalanması ehtimalı azdır...

Siyasi-şərhçi: “Sülh sazişinin imzalanması gələn ilin ilk rübündə və yaxud ilk yarısında baş tuta bilər”.

“Geosiyasi fonun, yəni beynəlxalq aləmin Azərbaycanla Ermənistan arasında olacaq sülh prosesinə qarışmallarını minumumlaşdırmalıyıq”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh prosesini Poliqon-a şərh edərkən qeyd edib.

Tərəflərin sülhə yaxın olmaları haqda bəyanatlar səsləndirmələrinə baxmayaraq, artıq ilin sonuna qədər Ermənistanla sülh sazişinin imzalanması ehtimalı azdır.

Bu fonda 2024-cü illə bağlı proqnozlar nədir? Gələn ilin birinci rübündə sülh sazişinin imzalanması üçün təməl varmı? Ümumiyyətlə, gələn il Azərbaycanla Ermənistanın sülh sazişi imzalanması perspektivləri varmı?

Gələn il üçün Azərbaycan-Ermənistan münasibətlərindəki gözləntiləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Sülh sazişinin imzalanması üçün ilkin qarşılıqlı etimad yaradacaq addımların atılması çox vacibdir”.

Liderlər səviyyəsində görüşlərdən sonra artıq müəyyən bir yol xəritəsinin də müəyyən oluna biləcəyini proqnoz edən ekspert Poliqon-a bildirib ki, bu da sülh sazişinin imzalanmasında aparılan yolda konkret addımların atılmasına imkan verəcək:

“Düşünürəm ki, 2024-cü ilin ilk rübündə sülh sazişinin imzalanması şansları çox yüksəkdir. Birgə bəyanatdan sonra böyük ehtimalla bu istiqamətdə yeni təşəbbüslər olacaq. Eyni zamanda ErmənistanAzərbaycan arasında danışıqların aparılmasında yeni ikitərəfli formatların daha da dərinləşməsini proqnoz edirəm. Çünki artıq bu istiqamətdə ilk addımlar atılıb.

Geosiyasi fonun, yəni beynəlxalq aləmin Azərbaycanla Ermənistan arasında olacaq sülh prosesinə qarışmallarını minumumlaşdırmalıyıq. Çünki onların vasitəçi rolunda çıxış etməsi prosesə daha çox mənfi təsir edir, nəyinki müsbət. Digər tərəfdən böyük ehtimalla 2024-cü ilin ilk aylarında AzərbaycanErmənistan liderlərinin görüşü olacaq.

Fərhad Məmmədov: “ErmənistanAzərbaycan arasında danışıqların aparılmasında yeni ikitərəfli formatların daha da dərinləşməsini proqnoz edirəm”.

Nəzərə almaq lazımdır ki, qarşıdan Davos sammiti gəlir. Bu sammitdə ənənəvi olaraq Azərbaycan prezidenti və Ermənistanda Paşinyan hakimiyyətə gələndən sonra Yerəvan da hər il iştirak edir. Həmçinin bu ilin sonunda MDB-nin sammiti və Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasında liderlər iştirak etməlidirlər. Qərb də liderlərin görüşünün bu və ya digər formada təşkil edilməsinə çalışır.

Bütün bunların hamısı onu göstərir ki, liderlər səviyyədə görüşlərdən sonra artıq müəyyən bir yol xəritəsi də müəyyən oluna bilər. Bu da sülh sazişinin imzalanmasında aparılan yolda konkret addımların atılmasına imkan verəcək. Yəni sülh sazişinin imzalanması üçün ilkin qarşılıqlı etimad yaradacaq addımların atılması çox vacibdir. Bu sazişin imzalanması da böyük ehtimalla gələn ilin ilk rübündə və yaxud ilk yarısında baş tuta bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay