Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

92 ağacın kəsilməsinə görə cinayət işləri başlanıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 6 rayon və şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb...

Baş Prokurorluğun mətbuat xidmətindən Poliqon-a verilən xəbərə görə, araşdırmalar zamanı Qusar rayonunun Kirig kəndində, Qəbələ rayonunun Bum bələdiyyəsinə məxsus torpaq sahəsində, Mingəçevir şəhərinin H.Hüseynov, Sumqayıt şəhərinin Məmməd Araz küçələrində, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində, Bakı şəhəri, Binəqədi rayonu Görədil kəndində meşə fonduna daxil olmayan, ümumilikdə 92 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 26 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Bakıda avtobuslar üçün çəkilən zolaq obyekt sahiblərini narahat edir - Video

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Ən çox oxunanalar