Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Slovakiya hakimiyyəti Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara qarşı çıxıb

Slovakiya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marian Keri deyib ki, Ukrayna Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağa hazır deyil...

Poliqon xəbər verir ki, siyasətçi bu barədə “İzvestiya” qəzetinə bildirib. Kerinin fikrincə, Kiyev Aİ-yə daxil olmaq üçün “çox uzun bir yol” getməlidir.

“Ukrayna Avropa Birliyinə üzv olmaq istəyirsə, daha çox addımlar atmalı və çox uzun bir yol keçməlidir. Ölkələrin sırf siyasi qərarla Aİ-yə daxil ola bildiyi dövr çoxdan geridə qalıb. İndi Ukrayna da bütün meyarlara cavab verməlidir, məsələn, Slovakiyada olduğu kimi”, deyə Keri vurğulayıb.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban dekabrın əvvəlində Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasına veto qoyacağını vəd edib. Macarıstandakı hakim alyans ötən həftə müvafiq qətnaməni parlamentə təqdim edib.
Financial Times nəşri yazıb ki, Ukraynaya 50 milyard avro maliyyə yardımı ayrılması ilə bağlı Aİ ölkələri arasında da fikir ayrılıqları qalmaqdadır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar