Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Robert Fiko: Rusiyaya qarşı sanksiyalar işləmir

Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, anti-Rusiya sanksiyaları istənilən nəticələrə gətirib çıxarmır, lakin bu mövzu Avropa İttifaqında (Aİ) açıq müzakirə oluna bilməz...

Poliqon xəbər verir ki, onun sözlərinə görə, məhdudiyyətlər nəticəsində Rusiya əvvəllər aktiv olmadığı sənaye sahələrində daha müstəqil olub.

Robert Fiko qeyd edib ki, Aİ-də Rusiyaya qarşı sanksiyaların məqsədəuyğunluğu məsələsinin qaldırılması siyasi baxımdan düzgün deyil.

"Əgər siz bu mövzunu müzakirə etməyə çalışsanız və sanksiyaların işə yaramadığını qeyd etsəniz, sizə siyasi baxımdan yanlış olduğunuzu bildirəcəklər. Bu doğrudur, lakin Avropa Şurası kənarında belə bir rəy xoş qarşılanmır", deyə Robert Fiko bildirib.

Rusiyaya qarşı qarşıdan gələn 12-ci sanksiyaları şərh edən Robert Fiko bu məhdudiyyətlərin təsirini şübhə altına alıb. O, hesab edir ki, onlar Rusiya vətəndaşlarının həyatını çətinləşdirə bilər, lakin rusların qadağan olunmuş malları digər ölkələrin, məsələn, Çinin məhsulları ilə əvəz etmək qabiliyyətini qiymətləndirməmək olmaz.

Robert Fiko oktyabrda Slovakiyanın baş naziri olub. Mətbuat yazır ki, o, Macarıstanın baş naziri Viktor Orbanla birlikdə Ukraynaya Aİ fondundan ayrılan 50 milyard avroluq yeni yardım paketinə qarşı çıxıb. Noyabrın əvvəlində Slovakiya hökuməti də əvvəlki hökumətin təsdiq etdiyi 40,3 milyon avroluq hərbi yardımın Kiyevə köçürülməsinə mane olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar