Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və İsrail arasında böhran...

Vaşinqton gələcəkdə Fələstin dövləti yaratmaqda qərarlıdır...

Birləşmiş Ştatlar Qəzzada müharibə bitdikdən sonra İsrailin planı ilə razılaşmır.

Poliqon xəbər verir ki, bu barədə Amerikanın Politico qəzetinin məlumatında bildirilir.

ABŞ prezident administrasiyası müharibədən sonra İsrailin Qəzza zolağında səsvermə hüququna malik olmayacağına qərar verib. Fələstin Administrasiyası Qəzzada hakimiyyəti ələ keçirməli və İsrail qüvvələri oranı tərk etməlidir”, deyə qəzet yazır.

Vaşinqton həmçinin Fələstin rəsmiləri ilə Fələstin Muxtariyyətinin canlandırılması məsələsini müzakirə edib. ABŞ müharibədən sonra Qəzzada nə HƏMAS-ın, nə də İsrailin qalmasını istəmir və Vaşinqtonda hesab edirlər ki, Fələstin Administrasiyası Qəzza zolağı və İordan çayının qərb sahilini idarə etmək səlahiyyətinə malik olmalıdır

İsrail hakimiyyəti bu plana kəskin şəkildə qarşıdır, lakin bir çox ekspertlər əmindirlər ki, İsrail Ağ Evin planı ilə razılaşmaq məcburiyyətində qalacaq, əks halda onlar itaətsizliyə görə cəzalandırıla və İsraili silahsız və müdafiəsiz qoya bilərlər.

Politico yazır ki, görünür, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın bu planlarını bəyənməyib.

“Biz bu müharibədə əsgərlərimizi itirməklə böyük əvəz ödəyirik. Müharibədən sonrakı Qəzzada artıq Fələstin hakimiyyəti olmayacaq, əslində Fələstin hakimiyyəti ümumiyyətlə olmayacaq”, deyə Netanyahu amerikalıların planına qarşı deyib.

ABŞ Dövlət Katibi Entoni Blinken isə diqqəti İordan çayının sağ sahilindəki vəziyyətə cəb edib:

“Yəhudi köçkünlərin İordan çayının qərb sahilindəki insanlara etdiklərinin ciddi nəticələri olacaq. Biz terror törədəcək köçkünlərin ABŞ-a getməsini qadağan edirik. İsrail İordan çayının qərb sahilindəki mülki fələstinliləri qorumaq üçün lazımi tədbirləri görməlidir”, deyə Dövlət Katibi vurğulayıb.

İsrailin “Yedioth Ahronoth” qəzeti isə yazıb ki, İsrail ordusunun 59 günlük müharibə zamanı Qəzza şəhəri və ətrafını təmizləyə bilməməsi İDF-nin nüfuzuna təsir göstərəcək.

ABŞ-ın vitse-prezidenti Kamala Harris isə bildirib ki, İsrailin özünü müdafiə etmək hüququ var, amma bunu necə etməsi də vacibdir.

“Çox sayda mülki şəxs həlak olub. Biz hesab edirik ki, İsrail Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı günahsız mülki insanları qorumaq üçün daha çox işlər görməlidir. Birləşmiş Ştatlar heç bir halda fələstinlilərin Qəzzadan və ya İordan çayının qərb sahilindən zorla deportasiyasına və ya Qəzzanın sərhədlərinin dəyişdirilməsinə icazə verməyəcək”, deyə vitse-prezident bildirib.

Müxtəlif amerikalı ekspertlərin fikrincə, Ağ Ev müsəlman dünyasını itirmək fikrində deyil, çünki müharibə bitdikdən sonra Qəzzanı tamamilə İsrailin protektoratına versə, bu yolla ABŞ bir çox müttəfiqlərini itirəcək.

Bundan əlavə, həm ərəb, həm də Türkiyə müsəlman ölkələri ilə danışıqlarda əmin etdilər ki, müharibədən sonra Fələstin dövləti orada olacaq və İsrail Ağ Evin bu planlarına müdaxilə edə bilməyəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar