Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AzTV-nin əməkdaşı həkim məsuliyyətsizliyinin qurbanı olub? - Açıqlama - Yenilənib

24 yaşlı gəncin əməliyyatdan sonra ölməsi həkim məsuliyyətsizliyindən qaynaqlanmayıb.

Bununla bağlı Oxu.Az-a Azərbaycan Televiziyasının (AzTV) mətbuat katibi Rüfət Seyidov məlumat verib. O qeyd edib ki, AzTV-nin vəfat edən əməkdaşının ailəsi hadisədə həkim səhvinin olmadığını bildirib:

“Ailədən aldığımız məlumata görə, sürücümüz Vüqar Rəsulov dekabrın 1-də özəl xəstəxanalardan birində mədəkiçiltmə əməliyyatı olunub. Əməliyyat uğurlu keçib, xəstə evə buraxılıb. Ailəsinin bildirdiyinə görə, evə gələndən sonra Vüqar çox susadığını deyib, su istəyib. Həkim suyu çox az və damcı-damcı içməyi tapşırsa da, Vüqar buna əməl etmədən birdən-birə xeyli su qəbul edib. Bundan sonra sürətlə halının pisləşdiyini müşahidə ediblər. Gənc oğlan atasına onu çox istədiyini deyib və qucaqlayıb. Ailəsi vəziyyətinin çox pis olduğunu görərək, dərhal təcili yardım çağırsa da, Vüqar xəstəxanaya aparılarkən, yolda keçinib.

Hazırda əməkdaşlarımız Şəkidə dəfn mərasiminə qatılıblar. Gənc əməkdaşımızın vəfatına çox təəssüflənirik, ailəsinə başsağlığı və səbir diləyirik”.

***

Azərbaycan Televiziyasının (AzTV) vəfat edən əməkdaşı mədəkiçiltmə əməliyyatı etdiribmiş.

Bununla bağlı Oxu.Az-a AzTV-nin mətbuat katibi Rüfət Seyidov məlumat verib.

O qeyd edib ki, telekanalda sürücü işləyən 24 yaşlı Vüqar Rəsulov vəfatından cəmi bir gün öncə mədəkiçiltmə əməliyyatı etdirib.

Qeyd edək ki, mərhum bu gün Şəkidə dəfn ediləcək.

***

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı Vüqar Rəsulov 24 yaşında vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər.

Mərhumun mədəkiçiltmə əməliyyatından iki gün sonra dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, V.Rəsulov AzTV-də sürücü vəzifəsində çalışırdı.

Poliqon.info 


Etiket: Vüqar Rəsulov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - Video

Ən çox oxunanalar