Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın neft satışından illik itkisi müdafiə xərclərinə sərf etdiyi vəsaitin üçdəbir hissəinə bərabər olub

Neftin qiymətinin tavanının tətbiqindən yararnan itki Rusiyanı illik təhlükəsizlik xərcləri ilə müqayisə oluna biləcək məbləğdən məhrum edib...

Poliqon xəbər verir ki, Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) hesabatına görə, Qərb ölkələrinin Rusiya neftinə qiymət həddi tətbiq etməsindən və onun Aİ ölkələrinə dəniz yolu ilə idxalına qadağanın qüvvəyə minməsindən sonra Rusiya ixracatdan 34 milyard avro itirib. Bu, Rusiya büdcəsinin 2024-cü il üçün nəzərdə tutulan təhlükəsizlik xərcləri ilə müqayisə oluna bilər.

CREA-nın təhlilinə görə, qüvvədə olduğu il üçün neft sanksiyaları (5 dekabr 2022-ci ildə tətbiq edilib) Rusiyanın ixrac gəlirlərini 14% azaldıb. Analitiklər qeyd edirlər ki, məhdudiyyətlər 2023-cü ilin birinci yarısında Rusiyanın gəlirlərinə böyük təsir edib və gündəlik 180 milyon avroya başa gəlib. Bununla belə, ilin ikinci yarısına qədər Moskva itkilərini gündə 50 milyon avroya qədər azalda bilib.

Hesabatda qeyd edilir ki, sanksiyalar əsasən Rusiya neftinin dünya qiymətləri ilə müqayisədə qiymətinin aşağı salınması hesabına işləyib və nəticədə 32 milyard avro gəlir itirib. Rusiyanın məhdudiyyətlər səbəbindən qaçırdığı daha 2 milyard avro ixrac həcminin azalması ilə əlaqələndirilir.

Politico qəzeti yazır ki, məhdudiyyətlərdən dəyən zərər sanksiyalar tərtib edənlərin gözlədiyindən xeyli az olub. Hesabatda qeyd edilir ki, sanksiyaların effektivliyinin azalması Qərb ölkələrinin onları tətbiq edə bilməməsi ilə bağlıdır. Rusiya nefti qiymət tavanından yuxarı satılır və Rusiya neftindən çıxan neft məhsulları isə qanuni olaraq Qərb ölkələrinə ixrac olunur.

Qərb ölkələrinin tətbiq etdiyi məhdudiyyətlərdən ümumi itkilər (34 milyard avro) 2024-cü il üçün federal büdcəyə daxil edilmiş təhlükəsizlik xərcləri ilə (3,4 trilyon rubl) müqayisə edilə bilər. Bu, büdcədə nəzərdə tutulan müdafiə xərclərinin təxminən üçdə bir hissəsidir (10,4 trilyon rubl, 105,5 milyard avro).

Qeyd edək ki, Rusiyaya qarşı tətbiq edilən neft sanksiyalarının məqsədi Kremli Ukraynada müharibə aparmaq üçün resurslardan məhrum etmək olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Ən çox oxunanalar