Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Selektiv abort qadağandırsa, ölkəmiz statistika üzrə niyə dünyada birincidir? 

Azərbaycan selektiv abortların əhali sayına nisbətinə görə dünya ölkələri arasında liderlik edir. Bu isə o deməkdir ki, yaxın illərdə ölkəmiz ciddi problemlə - qadınların azlığı ilə üz-üzə qala bilər. Bu məsələnin sosial tərəfidir...

Məsələnin mənəvi tərəfi daha qorxuncdur.

Selektiv aborta qol qoymaq cinayət olmaqla yanaşı, nadanlığın ən pik həddidir. Bu gün əksəriyyət özünü mədəni hesab edir. Bu “mədəniyyət”i isə ən son model avtomobillərə minməkdə, brend paltarlar geyinməkdə, nadir və çox bahalı saatlar, telefonlar gəzdirməkdə görürlər.

Bununla belə, təfəkkürləri orta əsrlərdə ilişib. Səbəbsə çox sadədir. Əksər ailələr ikinci, üçüncü qız uşağını istəmirlər. Qız istəməyən ana-atalarınsa son nəticədə əli övlad qanına bulanır.

Erkən hamiləlik dövründə uşağın qız olduğunu öyrənənlərin çoxu abort qərarı verir. Bu, əsasən 1 və 2 uşağı olan ailələrdə daha çox olur. Bu isə nə insanlığa, nə də ki, İslama sığmır. Bunun tək adı var: cahillik.

Selektiv abort qadağandırsa, ölkəmiz statistika üzrə niyə dünyada birincidir?

Məsələylə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, sözügedən məsələ bu günlərdə parlamentin komitə iclasında da müzakirə edilib:

“Mən də o iclasda çıxış etdim. Statistik məlumatları diqqətə çatdırdım ki, əhalinin artım tempində oğlan uşaqlarının sayı kəskin artır. Bu da selektiv abortların sayının artmasının bir sübutudur. Selektiv abortun artmasının digər səbəbi maarifləndirmə işinin zəif olmasıdır. Bu maarifləndirmə işi daha çox səhiyyə sistemində aparılmalıdır. Digər səbəbsə qanunvericilikdə olan boşluqdur. Çox zaman tibbi göstəriş olmadan hamiləlik sonlandırılır.

Dövlət səhiyyə müəssisələrində selektiv abortun aparılma ehtimalı çox aşağıdır. Amma onlarda da belə neqativ hallar var. Lakin özəl müəssisələrlə müqayisədə rəqəmlər aşağıdır. Çünki dövlət tibb müəssisələrində müəyyən sənədləşmələr tələb olunur. Və o sənədləşmələrdə selektiv abortu zəruri edən səbəb göstərilməlidir. Ona görə də dövlət müəssisələrində selektiv aborta az meydan verilir. Amma özəl müəssisələrdə sənədləşmədə subyektivliyə yol verilir”.

Müşfiq Məmmədli məsələ ilə bağlı öz təklifini də səsləndirib:

“Cənab Prezidentin müvafiq fərmanlarında tibb müəssisələrinin akkretidasiyası və onların işindəki keyfiyyətə nəzarət üçün Səhiyyə Nazirliyinə əlavə səlahiyyətlər verilib. Bu fərmanların icrasını rəhbər tutaraq Səhiyyə Nazirliyi ölkə üzrə selektiv abortun monitorinqini aparmalı, abortların səbəblərini ciddi şəkildə araşdırmalıdır. Selektiv abortların sənədləşdirilməsi monitorinqdən keçərsə, mən bunun müsbət nəticələr verəcəyinə inanıram”.

Poliqon.info


Etiket: Selektiv abort


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Ən çox oxunanalar