Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəbnəmin atası qızının geyimindən danışdı: "Heç onu açıq-saçıq geyimdə görmüsünüz?" - Video

"Şəbnəm uşaqlıqda kepkanı başına qoyurdu, kostyum geyinirdi. Tovuzun bu ərazisində birincə şalvar geyinən qızım olub. Şəbnəm 3 yaşından sonra ətək yox, yalnız şalvar geyinib. Oğlan tərzində. Mən ona sərbəstlik vermişəm. Şəbnəm arxasız uşaq olub. O, qazandığı hörmətin hamısını dizlərini yerə qoyaraq, iməkləyərək əldə edib".

Bunu müğənni Şəbnəm Tovuzlunun atası Ələddin Əsədov "İncə səhər" verilişində deyib.

O hələ də qızının geyiminə müdaxilə etdiyini bildirib: "Qızım Şəbnəm əlinə mikrofon alanda, ona bircə kəlimə söz dedim: "Əlində mikrofon səni hansı efirdə açıq-saçıq görsəm, üzünə darvazanı açmayacağam".

Heç onu açıq-saçıq geyimdə görmüsünüz? Yox! Onun geyiminə qarışıram. Həyatda varamsa, onun valideyniyəm. Bir dəfə ona geyimi ilə bağlı iradımı bildirmişəm. Qonşunun televizoruna baxırdıq. Gördüm ki, əyninə geyindiyi ətək bir az qısadır. Qonşuya söylədim ki, Şəbnəmə zəng et. De ki, əyninə geyindiyi ətək çox xoşuma gəldi. Bir də onu əynindən çıxarmasın. Bununla da məsələyə nöqtə qoydum. Sətiraltı sözümü dedim. Qazanın ağzına qapaq qoyuldu".(Yenisabah.az)

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - Video

86 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 10 nəfərin namizədliyi təsdiqlənib

Ən çox oxunanalar