Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qabil Hüseynli: Overçukun iclasda iştirak etməməsi üçtərəfli müqavilənin tələblərinə zidd ola bilər...

Noyabrın 30-da Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların iclası keçiriləcək...

Politoloq: “Ermənistan sərhədlərin delimitasiyası üzrə komissiyaların iclasında Overçukun iştirakını istəmir”.

“Mən ümid edirəm ki, AzərbaycanErmənistan arasında yeni açılım ola bilər”.

Bu sözləri politoloq Qabil Hüseynli ErmənistanAzərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların gözlənilən iclasını Poliqon-a şərh edərkən qeyd edib.

Noyabrın 30-da ErmənistanAzərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların iclası keçiriləcək. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib və məlumatı Azərbaycan tərəfi də təsdiqləyib. Danışıqlar Azərbaycan-Ermənistan sərhədində baş tutacaq. ErmənistanAzərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın üzvü Rusiyanın isə bu görüşdə iştirak edib-etməyəcəyi hələ ki, bəlli deyil.

Komissiyanın Rusiyanın iştirakı olmadan fəaliyyətinə ehtimal vermək olar və bu nümunə Azərbaycan-Ermənistan münasibətləridə yeni səhifə aça bilərmi?

AzərbaycanErmənistan arasındakı son münasibətləri Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Ermənistan bu məsələləri Azərbaycanla ikilikdə həll etmək istəyir”.

Overçukun iştirak etmədiyi iclası Rusiya qəbul etməyəcəyəini vurğulayan politoloq bildirib ki, Ermənistan bu məsələləri Azərbaycanla ikilikdə həll etmək istəyir:

ErmənistanAzərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın üzvü Rusiya tərəfindən baş nazirin müavini Aleksey Overçukdur. Bu vaxta qədər delimitasiyası üzrə komissiyanın iki iclası keçirilib və hər iki iclasda Overçuk iştirak edib.

İndi Ermənistan sərhədlərin delimitasiyası üzrə komissiyaların iclasında Overçukun iştirakını istəmir. Ermənistan bu məsələləri Azərbaycanla ikilikdə həll etmək istəyir. Overçukun iclasda iştirak etməməsi üçtərəfli müqavilənin tələblərinə zidd ola bilər. Buna görə də, Rusiyanın iclasda iştirak edib-etməyəcəyi dövlətin siyasi rəhbərliyi müəyyənləşdirməlidir.

Mən ümid edirəm ki, AzərbaycanErmənistan arasında yeni açılım ola bilər. Amma bunun əhəmiyyətini çox da şişirtməyin yeri deyil. Çünki Overçukun iştirak etmədiyi iclası Rusiya qəbul etməyəcək ki, üçtərəfli müqavilənin müddəaları pozulub”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar