Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avstriya XİN: Aİ Ukraynaya böyüdücü şüşə ilə baxsa, bu, geostrateji fəlakət olacaq...

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq deyib ki, Avropa İttifaqı liderləri gələn ay üzvlüklə bağlı danışıqlara başlamağa qərar verərkən Qərbi Balkanlara nisbətən Ukraynaya üstünlük verməməlidir...

Poliqon xəbər verir ki, Şallenberqin Financial Times nəşrinə verdiyi məlumata görə, Rusiyanın təsirinə qarşı çıxmaq üçün Ukrayna ilə Bosniya və Herseqovinanı Aİ-nin orbitində lövbərləmək vacibdir. Hər iki regionda - Şərqi və Cənub-Şərqi Avropada sabitliyin möhkəmləndirilməsi eyni dərəcədə vacibdir.

Bu ayın əvvəlində Avropa Komissiyası Ukrayna və Moldova ilə danışıqlara başlamağı tövsiyə edib, lakin bildirib ki, Bosniya ilə danışıqlar yalnız üzvlük meyarlarına lazımi səviyyədə riayət olunarsa başlamalıdır.

Şallenberq deyib ki, komissiya Qərbi Balkanlara nisbətən “Ukraynaya böyüdücü şüşə və çəhrayı rəngli eynəklərlə” baxarsa, bu, geostrateji fəlakət olacaq.

“Yüksək sürət zolağında müəyyən qruplar, xidmət zolağında digərləri ola bilməz”, deyə XİN rəhbəri bildirib.

Bosniya da danışıqlara yaşıl işıq yandırmasa, Avstriyanın Ukrayna ilə üzvlük danışıqlarının başlamasına veto qoymağı düşünüb-düşünmədiyi barədə suala Şallenberq cavab olaraq deyib ki, müzakirələr artıq düzgün istiqamətdə gedir.

“Çox qızğın müzakirələr olacaq və biz geostrateji səbəblərə görə siqnalların hər iki istiqamətdə bərabər olmasını istəyirik”, deyə o, bildirib.

Bundan əlavə, Şallenberq qeyd edib ki, o, Aİ-nin mərhələli genişlənməsinin tərəfdarıdır, onun çərçivəsində namizəd ölkələr tam üzvlükdən əvvəl sektoral proqramlara və siyasətlərə inteqrasiya olunur. Onun sözlərinə görə, Aİ-yə üzvlüklə bağlı köhnə yanaşma qorunub saxlanılarsa, Ukrayna yəqin ki, heç vaxt onun bir hissəsi olmayacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar