Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rumıniya Azərbaycan qazını Moldovaya tədarük etməyə hazırdır

Rumıniya soyuq havalarda Azərbaycandan Moldovaya və ya regionun digər ölkələrinə təbii qaz tədarük etməyə hazırdır...

"Report" xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Sebastian Burduja “Agerpres” agentliyinə bildirib.

“Moldova və ya regionun digər dövlətlərindən xüsusi müraciətlərimiz olarsa, biz ötən ilin yazında Rumıniya tərəfindən təmin edilmiş Azərbaycan variantını aktivləşdirməyə hazırıq. Onun vasitəsilə 1 milyard kubmetr təbii qaza çıxışımız var. Əgər bu həcm kifayət etməzsə, Yunanıstan-Bolqarıstan-Rumıniya və ya Türkiyə-Bolqarıstan-Rumıniya marşrutu üzrə mayeləşdirilmiş “mavi yanacaq” idxal edə bilərik”, - o vurğulayıb.

Qeyd edək ki, 2021-ci ilə qədər Moldova təbii qazı yalnız Rusiyanın “Qazprom” şirkətindən alırdı. Hazırda “mavi yanacağ”ın tədarükü onu bazardan alan “Energocom” dövlət şirkəti tərəfindən təmin edilir. O, Rumıniya Əmtəə Birjası platformasından və Polşa, Rumıniya və Bolqarıstan şirkətləri ilə birbaşa müqavilələrdən istifadə edir.

Moldova hökuməti “Energocom”un qarşısına istilik mövsümü üçün Rumıniya, eləcə də Ukraynada ən azı 450 milyon kubmetr təbii qaz almaq və saxlamaq vəzifəsi qoyub. Oktyabrın 7-nə olan məlumata görə, “Energocom” soyuq mövsümdə respublikada istehlakı tam ödəmək üçün ümumilikdə 500 milyon kubmetrdən çox təbii qaz alıb və alışları davam etdirir.

Moldova illik təxminən 1,3 milyard kubmetr “mavi yanacaq” istehlak edir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar