Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna şirkətləri Polşa sərhədindəki blokada səbəbindən müqavilələrini itirirlər

Polşa daşıyıcılarının sərhəddə tətil etməsi Ukrayna iqtisadiyyatına əhəmiyyətli itkilərə səbəb olur...

Poliqon xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” portalı məlumat yayıb.

Ukrayna Beynəlxalq Daşıyıcılar Assosiasiyasının rəhbəri Vladimir Balin bu vəziyyəti fəlakət adlandırıb. O xəbərdarlıq edib ki, tətil daha bir neçə həftə davam edərsə, Ukrayna üçün maliyyə ili qapalı sayıla bilər, çünki Avropada Milad tətili dekabrın ortalarında başlayacaq.

Hazırda ukraynalı yük maşınları Avropaya daxil olmaq üçün Rumıniya və Macarıstan üzərindən daha uzun marşrutlardan istifadə etməyə məcburdurlar. Bu, Polşa da daxil olmaqla sərhədlərdə növbələrin artmasına səbəb olub. Balinə görə, Ukrayna ticarətinin 50%-ə qədəri Polşadan keçir və bu, iqtisadiyyat üçün əhəmiyyətli itkilərə səbəb ola bilər.

Beynəlxalq ekspeditorlar assosiasiyasının rəhbəri və Ukrayna nəqliyyat şirkətlərindən birinin sahibi Viktor Berestenko qeyd edib ki, sərhəddəki növbələr səbəbindən Ukrayna səyahət etməkdə məhdudiyyət ola bilər və orta yük reysinin qiyməti 300-500 avroya qədər arta bilər.

Ukrayna İşəgötürənlər Federasiyasının rəhbəri Dmitri Oleynik bildirib ki, bu arada xarici kontragentlər artıq Ukrayna məhsullarını başqa ölkələrin malları ilə əvəz etməyə çalışırlar.

Noyabr və dekabr ayları gələn il üçün müqavilələr bağlamaq vaxtıdır, lakin Avropa şirkətləri Ukraynada onsuz da mövcud olan müharibə risklərinə logistik risklər əlavə edilərsə, müqavilələri uzatmağa dəyərmi deyə sual edirlər.

Noyabrın 13-də Slovakiya və Ukrayna sərhədində polşalı sürücülərin ucbatından böyük tıxacın yarandığı barədə məlumat yayılmışdı.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Ən çox oxunanalar