Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

8 Noyabr - Zəfər Gününə həsr edilmiş konsert proqramı keçirilib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə “Zəfər” musiqi və teatr festivalı keçirilir...

APA xəbər verir ki, festivalın daha bir konserti noyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.

Konserti şəhid ailələrinin üzvləri, qazilər, mədəniyyət naziri Adil Kərimli, nazirliyin məsul şəxsləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri izləyiblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyimizin bərpası uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertdə beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor, Xalq artisti Gülbacı İmanova), solistlər - Xalq artisti Azər Zeynalov (tenor), Əməkdar artisti Tural Ağasıyev (tenor) və Rauf Məmmədzadə (bariton) çıxış edib.

Proqramda Ü.Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra" və "Çənlibel" xoru, "Çırpınırdın, Qara dəniz", F.Sücəddinovun "İthaf", D.Dadaşovun "Qələbə uvertürası", F.Əlizadənin "Zəfər marşı", R.Əliyevin "Şuşanın dağları başı dumanlı", E.Mansurovun "Ulu torpaq", F.Əmirovun "Azərbaycan kapriççiosu" və C.Quliyevin "Əsgər marşı" və “Zirvə” əsərləri səsləndirilib.

Konsert proqramı musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Putin yeni hökümət üzvlərini gələcək planların həyata keçirilməsinə ciddi yanaşmağa çağırıb

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Ən çox oxunanalar