Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Ermənistan ərazilərini tikə-tikə müxtəlif güc mərkəzlərinin ovucuna atır?

Erməni politoloq Vahe Ovannisyan deyib ki, bu gün beynəlxalq ekspertlər öz qiymətləndirmələrində Ermənistanın mümkün “zonal bölgüsü”nü müzakirə edirlər...

Politoloq: “Nikol Paşinyan ənənəvi Ermənistan siyasətini pozur. Buna görə də bu kimi fikirlər formalaşır ki, artıq Ermənistan dövləti dağılır, Ermənistan güc mərkəzləri arasında bölünür”.

“Qarabağ münaqişəsinin həll olunması, Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi, həmçinin Zəngəzur dəhlizinin gündəliyə çıxması Ermənistanın ictimai-siyasi cəmiyyətində ciddi proseslərə gətirib çıxarıb”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə erməni politoloq Vahe Ovannisyanın Ermənistan haqqında dediyi fikirləri Poliqon-a şərh edərkən qeyd edib.

Erməni politoloq Vahe Ovannisyan deyib ki, bu gün beynəlxalq ekspertlər öz qiymətləndirmələrində Ermənistanın mümkün “zonal bölgüsü”nü müzakirə edirlər. İstisna deyil ki, baş verən hadisələr son nəticədə kiçik Ermənistanın Türkiyə, Rusiya, İranAvropa Birliyinin təsir zonalarına bölünməsinə gətirib çıxaracaq.

Vahe Ovannisyanın bu fikirləri nə qədər real ola bilər? Ermənistan hakimiyyətinin özünü qorumaq məqsədi ilə ərazilərini tikə-tikə müxtəlif güc mərkəzlərinin ovucuna atması reallıqdır?

Mövzunu Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Erməni politoloqların Ermənistanın ərazisinin güc mərkəzlərində bölünməsi iddiaları Paşinyana qarşı formalaşmış yeni bir cəbhədən xəbər verir”.

Ermənistanın heç də güclü sərbəst siyasət yürüdən dövlət olmadığını xatırladan politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, İrəvan əvvələr Rusiyadan asılı idi, indi də Avropanın müəyyən mərkəzlərindən gələn təlimatlarla idarə olunur:

“Biz erməni politoloqlarının bu kimi fikirləri ilə daim tanış oluruq. Mən düşünürəm ki, hazırda Nikol Paşinyanın apardığı siyasət ənənəvi erməni siyasəti olan Rusiyaya, İrana meyillənmə formasından çıxıb. Bu gün Paşinyanın apardığı siyasi kurs Avropaya inteqrasiya kursudur.

Qarabağ münaqişəsinin həll olunması, Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi, həmçinin Zəngəzur dəhlizinin gündəliyə çıxması Ermənistanın ictimai-siyasi cəmiyyətində ciddi proseslərə gətirib çıxarıb. Eyni zamanda Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması, sülhə hazır olmaq kimi bəyanatlar verməsi, anti-Azərbaycan meyilləri formalaşmış erməni cəmiyyətində konkret olaraq Paşinyana qarşı vahid cəbhənin də olmasına gətirib çıxarır. Erməni politoloqların Ermənistanın ərazisinin güc mərkəzlərində bölünməsi iddiaları da Paşinyana qarşı formalaşmış yeni bir cəbhədən xəbər verir. Halbuki, Paşinyan Ermənistanın tam sərhədləri çərçivəsində bu ölkənin Avropaya inteqrasiyası siyasətini həyata keçirir.

Məhəmməd Əsədullazadə: “Zəngəzurda İranın konsulluğunun açılması, həmçinin Rusiyanın, Fransanın bu kimi istəkləri Nikol Paşinyanın Ermənistan ərazisini bölməsi kimi qiymətləndirilir”.

Zəngəzurda İranın konsulluğunun açılması, həmçinin Rusiyanın, Fransanın bu kimi istəkləri Nikol Paşinyanın Ermənistan ərazisini bölməsi kimi qiymətləndirilir. Hesab edirəm ki, bu belə deyil. Nikol Paşinyanın vahid kursu var. Bu kurs vasitəsilə həyata keçirilən təhlükəsizlik məsələlərində Avropa ilə əlaqələr anti-Rusiya siyasətinə gətirib çıxarır.

Bir daha qeyd edim ki, Nikol Paşinyan ənənəvi Ermənistan siyasətini pozur. Buna görə də bu kimi fikirlər formalaşır ki, artıq Ermənistan dövləti dağılır, Ermənistan güc mərkəzləri arasında bölünür. Amma belə bir məsələ olmayacaq. O da məlumdur ki, Ermənistan heç də güclü sərbəst siyasət yürüdən dövlət deyil. Ermənistan əvvələr Rusiyadan asılı idi, indi də Avropanın müəyyən mərkəzlərindən gələn təlimatlarla idarə olunacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Ən çox oxunanalar