Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəngin ölkələrdə ABŞ-a dəstək artır, Çinə qarşı isə azalır

Sorğu zəngin ölkələrdə ABŞ-a dəstəyin artdığını və Çinin reytinqinin aşağı düşdüyünü göstərib...

Zəngin ölkələr ABŞ-a Çindən daha müsbət baxır.

Poliqon xəbər verir ki, Bloomberg Agentliyi bu barədə Amerikanın “Pew” Tədqiqat Mərkəzinin keçirdiyi sorğuya istinadən məlumat yayıb. Hesabat iki ölkə arasında qlobal təsir uğrunda şiddətli mübarizə fonunda hazırlanıb.

“Bu il sorğu keçirilən əksər ölkələrin ictimai rəyində ABŞ-ın Çinə qarşı reytinqi qat-qat müsbətdir. Lakin bu, təxminən iyirmi illik müsbət rəy sorğuları ərzində həmişə belə olmayıb və ölkələrin fikirləri liderlərinin fikirləri ilə yanaşı dəyişib”, deyə hesabatda bildirilir.

Amerikanın “Pew” Tədqiqat Mərkəzinin 2023-cü ildə keçirdiyi sorğuda 24 ölkənin orta hesabla 58 faizi ABŞ-a müsbət baxdığını, bu göstərcinin Çinə qarşı isə orta hesabla 21 faiz olduğu ortaya çıxıb. 2020-ci ildə keçirilən son sorğu ilə müqayisədə ABŞ-ın cəlbediciliyi 20 faiz artıb, Çinin reytinqi isə 4 faiz aşağı düşüb.

Hesabatda göstərilir ki, ABŞ-a qarşı müsbət artım ən çox Polşa, Yaponiya və Cənubi Koreyada olub. Bu ölkələrdə respondentlərin 70 faizindən çoxu ABŞ-ı müsbət qiymətləndirib, Çinin xeyrinə isə müsbət yanaşma 30 faizdən az olub. İndoneziya, Cənubi Afrika və Meksika kimi orta gəlirli ölkələrdə ictimai rəyin tədqiq olunan ölkələrə olan rəğbətindəki fərqlər azalıb, Nigeriyada isə Çin ABŞ-ı ötüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Ən çox oxunanalar