Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin HƏMAS-la müharibəsi zamanı 36 jurnalist öldürülüb

Noyabrın 2-nə olan məlumata görə, İsrailin Fələstinin Həmas hərəkatı ilə müharibəsində azı 36 jurnalist və media işçisi həlak olub...

Poliqon xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi (CPJ) məlumat yayıb. Təşkilatın məlumatına görə ölən 36 nəfərdən 31-i fələstinli, dördü israilli və bir livanlıdır.

Bundan əlavə, Komitə səkkiz jurnalistin yaralandığını, doqquz jurnalistisə itkin düşdüyünü və ya saxlanı. CPJ hərbi əməliyyatlar bölgəsində jurnalistlərin ailə üzvlərinə hücumlar, həbslər, təhdidlər, senzura və qətllərin davam etdiyini iddia edir.

CPJ İsraildəki münaqişə zamanı öldürülən, yaralanan, saxlanılan və ya itkin düşən jurnalistlərlə bağlı bütün xəbərləri, o cümlədən döyüşlərin qonşu Livana sıçrayışını araşdırdığını bildirib.

“İsrailin Qəzza şəhərinə qurudan hücumu, İsrailin dağıdıcı hava hücumları, kommunikasiyaların kəsilməsi və elektrik enerjisinin geniş kəsilməsi fonunda Qəzzada olan jurnalistlər münaqişəni işıqlandırmaq cəhdləri ilə xüsusilə yüksək risklərlə üzləşirlər”, deyə Komitənin hesabatında bildirilir.

Xatırladaq ki, oktyabrın 28-də İsrail Müdafiə Qüvvələri (IDF) Reuters və AFP-nin Qəzza zolağında jurnalistlərin hədəf alınmayacağına dair zəmanət vermək tələblərini rədd edib. İDF bunu başqa şeylərlə yanaşı, HƏMAS-ın hərbi əməliyyatları “jurnalistlərə və mülki şəxslərə yaxın” həyata keçirməsi ilə izah edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ən çox oxunanalar