Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: Brüssel platformasında sülh sazişi uzaq perspektivə buraxılıb...

Azərbaycanı Brüssel platformasından imtina etməyə sövq edən səbəblər nədir?

Siyasi-şərhçi: “Brüssel platformasında sülh sazişi uzaq perspektivə buraxılıb və əsasən Ermənistan üçün lazım olan qarantiyalar məhz Qranada sənədində qeyd edilir. Yəni Qranada sənədi sülh sazişi deyil, onu əvəzləyən müvəqqəti bir sənəd kimi təqdim edilir”.

“Qranada da qəbul edilmiş birtərəfli ermənipərəst sənədi onlar Brüssel formatında əsas çərçivə sənədi kimi təqdim etmək niyyətindədirlər və Azərbaycanı buna məcbur etmək istəyirlər”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Azərbaycanın Brüssel görüşündən imtina səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, AzərbaycanErmənistan liderlərinin Brüssel görüşü növbəti dəfə baş tutmayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan görüşə hazır olduğunu və Azərbaycanın növbəti dəfə Avropa platformasında görüşdən imtina etdiyini bildirib.

Bəs, hansı səbəblər Azərbaycanı Brüssel platformasından imtina etməyə sövq edir və ümumiyyətlə, hazırda Qərb paltformalarıda sülh danışıqlarının aparılması Azərbaycanın maraqlarına nə qədər uyğundur?

Qərb paltformalarında sülh danışıqlarının aparılmasını Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Fransa çalışır ki, Azərbaycan-Ermənistan sülh prosesini Avropa daxilində Şarl Mişelin vasitəçiliyini bir çərçivəyə salsın və Qranada sənədi bunun üçün lazımdır”.

Sülh sazişinin uzaq perspektivə buraxıldığını bildirən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, əsasən Ermənistan üçün lazım olan qarantiyalar məhz Qranada sənədində qeyd edilir:

“Brüssel görüşünün baş tutmaması rəsmi qaydada texniki səbəblərlə izah olunur. Lakin biz Qranada görüşündən sonra Fransa-Ermənistan tandeminin çox fəal şəkildə yeni reallıq formalaşdırmağa çalışdıqlarını görürük.

Avropa ölkələrinin parlamentində anti-Azərbaycan qətnamələri, Paşinyanın Avropa parlamentində çıxışı, Fransanın müdafiə sahəsində Ermənistanla əməkdaşlağının artıq reallığa çevrilməsi, eyni zamanda Ermənistan tərəfindən beynəlxalq məhkəmələrə müraciət bunu göstərir ki, Qranada da qəbul edilmiş birtərəfli ermənipərəst sənədi onlar Brüssel formatında əsas çərçivə sənədi kimi təqdim etmək niyyətindədirlər və Azərbaycanı buna məcbur etmək istəyirlər. Bu çərçivələr isə Azərbaycan tərəfindən qəbuledilməzdir. Çünki orada dövlətlərarası münasibətlərdən başqa, eyni zamanda Qarabağ məsələsi də var.

Fərhad Məmmədov: “Azərbaycan müvəqqti, hər hansı bir ara sənədlərini deyil, yekun sülh sazişini istəyir. Hazırkı sənədlər isə daha çox Ermənistan üçün təhlükəsizlik qarantiyalarını ehtiva edir”.

Digər tərəfdən, Fransa çalışır ki, Azərbaycan-Ermənistan sülh prosesini Avropa daxilində Şarl Mişelin vasitəçiliyini bir çərçivəyə salsın və Qranada sənədi bunun üçün lazımdır. Belə bir zamanda Qranada sənədində hansısa müəyyən təhlükələr var.
Əlbəttə ümumi baxanda biz görürük ki, həmin sənəddə Azərbaycana uyğun olan məqamlar da var. Lakin elə düşünülür ki Qranada sənədi ümumiyyətlə, bir çərçivə sənədi kimi qəbul edilib, sülh sazişi üçün şərait yaratmalıdır.

Brüssel platformasında sülh sazişi uzaq perspektivə buraxılıb və əsasən Ermənistan üçün lazım olan qarantiyalar məhz Qranada sənədində qeyd edilir. Yəni Qranada sənədi sülh sazişi deyil, onu əvəzləyən müvəqqəti bir sənəd kimi təqdim edilir. Biz də hamımız yaxşı bilirik ki, dünyada heç nə daimi deyil, eləcə də, müvəqqəti sənədlər.

Belə olan halda, Azərbaycan müvəqqti, hər hansı bir ara sənədlərini deyil, yekun sülh sazişini istəyir. Hazırkı sənədlər isə daha çox Ermənistan üçün təhlükəsizlik qarantiyalarını ehtiva edir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Ən çox oxunanalar