Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Ev: İran ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücumları "asanlaşdırıb"

İran yaraqlı qrupların ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına hücumlarını fəal şəkildə dəstəkləyir və Birləşmiş Ştatlar regionda daha geniş münaqişə ehtimalından narahatdır...

Poliqon "Newsweek" nəşrinə istinadən xənər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Tehranın regionda ABŞ qüvvələrinə qarşı İranın dəstəklədiyi qrupların hücumlarının artmasını yaxından izlədiyini və bu səyləri dəstəklədiyini bildirib.

"Biz bilirik ki, İran bu hadisələri diqqətlə izləyir və bəzi hallarda bu hücumlara fəal şəkildə kömək edir", deyə Kirbi bildirib.

O, əlavə təfərrüatlar vermədən İranın raket, sursat və digər resursları təmin etdiyini bildirib.

İran uzun müddətdir ki, Livandakı "Hizbullah" və Fələstindəmki HƏMAS da daxil olmaqla, bölgədəki çoxsaylı silahlı qrupları dəstəkləyir. Bayden administrasiyası da ABŞ qoşunlarına hücumlar artdıqca İranın dəstəklədiyi qrupların artan təhdidləri barədə xəbərdarlıq edib.

Xüsusilə, "İslami Müqavimət" hərəkatı ABŞ-ın Ət-Tanf, Əl-Malikiya və Suriyadakı Əl-Rukban düşərgəsi ərazisindəki bazalarına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Həmçinin oktyabrın 23-də Suriyanın şərqindəki Əş-Şədadi bölgəsində Amerika bazasına kamikadze pilotsuz təyyarələrin hücumu barədə məlumat yayılıb.

Poliqon.info


Etiket: Ağ Ev İran ABŞ\


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

"Fənərbaxça" Cenk Tosunla iki illik müqavilə imzalayıb

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Ən çox oxunanalar