Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan bu il 29 mlrd. kVt-saatdan çox elektrik enerjisi istehsal edəcək

Bu ilin sonuna Azərbaycanda 29 mlrd. kVt·st-dan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır...

Poliqon xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun “Energetiklər Günü” münasibətilə rəsmi mətbuatda dərc olunan məqaləsində bildirilib.

Məqalədə qeyd olunur ki, son 20 il ərzində generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib. Belə ki, hazırda ümumi gücü 29 256,5 MVA olan 110-500 kV-luq 368 yarımstansiya istismardadır. Həmçinin Gürcüstan, Rusiya, İran və Türkiyə ilə enerji sistemlərinin əlaqələndirilməsi sayəsində elektrik enerjisi mübadiləsi və ticarəti həyata keçirilir. Bütün bunların nəticəsi olaraq ölkəmizdə elektrik enerjisinin istehsalı 2003-cü illə müqayisədə 37% artaraq ötən il 29004.3 mln. kVt·st olub.

“Son 20 ildə elektrik enerjisinin idxalı 17 dəfə azaldı, ixracı isə 3 dəfədən çox artıb. Elektrik enerjinin ixracı 2022-ci ildə 2997.5 mln. kVt·st olub ki, bu da 2003-cü illə müqayisədə 2126.8 mln. kVt·st çoxdur. Həmçinin idxal 2003-cü ildəki 2436.3 mln. kVt·st-lıq göstəricidən ötən il 137.2 mln. kVt·st-a qədər azaldı. 2023-cü ilin sonuna 29 mlrd. kVt·st-dan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır”, - nazir məqaləsə bildirib.

Pərviz Şahbazovun sözlərinə görə, 20 il ərzində ümumi gücü 4000 MVt-a yaxın 71 elektrik stansiyasının inşası ilə ölkəmizin enerji sisteminin qoyuluş gücü 8002 MVt-a yüksəlib.

Vurğulanıb ki, hazırda ölkəmizdə 78 stansiya fəaliyyət göstərir: bunlardan 22-i istilik elektrik stansiyası, 39-u su, 5-i külək, 8-i günəş enerjisi ilə işləyən stansiyalardır. Həmçinin 3 hibrid elektrik stansiya və 1 bioenerji elektrik stansiyası fəaliyyətdədir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay