Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan Prezidentinə cinayət işi açıla bilər

Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiyanı pozub və onun sonrakı hərəkətlərində cinayət əlamətləri aşkarlanarsa, istintaq başlayacaq...

“Report” xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqvadze jurnalistin prezidentə qarşı cinayət işinin başlanmasının mümkünlüyü ilə bağlı sualını cavablandırarkən bildirib.

“Ümumiyyətlə, cinayət törədilibsə, təbii ki, istintaq başlaya bilər. Konstitusiya Məhkəməsi prezidentin Gürcüstan Konstitusiyasını pozması ilə bağlı qərar qəbul edib. Dövlət başçısının Konstitusiyanı pozmasının müəyyən edilməsi faktı şəxsən ədliyyə naziri kimi mənim üçün çox kədərlidir”, - Rati Breqadze vurğulayıb.

Onun sözlərinə görə, cinayət işinin başlanması ilə bağlı digər təfərrüatları prokurorluq dəqiqləşdirməlidir.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bir müddət əvvəl bəyan etmişdi ki, Salome Zurabişvili hökumətin razılığı olmadan xarici səfərləri davam etdirərək konstitusiyanı pozarsa, özünü qanundan kənarda qoyacaq.

“Xalqın Gücü” ictimai hərəkatının liderlərindən biri, deputat Quram Maçaraşvilinin sözlərinə görə, prezident Konstitusiya Məhkəməsinin qərarına tabe olmasa, o, cinayət məsuliyyətinə cəlb olunacaq.

Qeyd edək ki, oktyabrın 18-də Salome Zurabişvilinin Gürcüstan prezidenti vəzifəsindən kənarlaşdırılması məsələsini cəmi 86 deputat (100 deputatın səsi həlledicidir - red) dəstəkləyib. Bununla da impiçment baş tutmayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay