Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Koreya Rusiyanı hədələyib

"Moskva Pxenyana hərbi texnologiya ötürərsə, Rusiya və Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etməyə başlayacağıq".

Poliqon xəbər verir ki, bunu Cənubi Koreyanın birləşmə naziri Kim Yonq Ho deyib.

"Rusiya Şimali Koreyaya hərbi texnologiya təklif edərsə, bu, Cənubi Koreyanın təhlükəsizliyinə ciddi təhdid yaradacaq. Bu halda biz ABŞ və digər ölkələrlə birlikdə Rusiya və Şimali Koreyaya qarşı sərt sanksiyalara əl atmağa məcbur olacağıq", deyə Kim Yonq Ho "Yonhap News TV"yə bildirib.

Nazir qeyd edib ki, Cənubi Koreyanın Ukrayna ilə bağlı mövqeyi dəyişməyib. Seul Kiyevi silahla təmin etmir. Həmçinin Cənubi Koreya Rusiyaya qarşı birtərəfli sanksiyalar nəzərdən keçirmir. Seul Vaşinqtonun Rusiyanın Şimali Koreyaya silah ötürməsi barədə məlumatını etibarlı hesab edir. Lakin nazir detalları açıqlamaqdan imtina edib.

Cənubi Koreya prezidenti Yun Seok-yeol sentyabrda demişdi ki, Şimali Koreyadan Rusiyanın hərbi texnologiyası müqabilində mümkün silah tədarükü birbaşa təxribatdır. Bu bəyanatlar Kim Çen Inın Uzaq Şərqə səfəri fonunda verilib.

"The New York Times" yazır ki, Şimali Koreya Rusiyanı peyklər və nüvə sualtı qayıqları üçün qabaqcıl texnologiyalarla təmin etməkdə maraqlıdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov oktyabrda bildirib ki, Böyük Britaniya kəşfiyyatının Şimali Koreyadan Rusiya Federasiyasına silah tədarükünün başlanması ilə bağlı məlumatları sübuta əsaslanmır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay