Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə bağlı son vəziyyət açıqlanıb

Prezident İlham Əliyevin oktyabrın 15-də tikintisi ilə tanış olduğu Ağdam-Füzuli avtomobil yolu birinci texniki dərəcəyə uyğun inşa edilir...

Poliqon xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin böyük mütəxəssisi Fərid Qədirov bildirib.

Onun sözlərinə görə, Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli yolu Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçir. Onun uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək, yol 4 hərəkət zolaqlı olacaq.

"2021-ci ilin oktyabrında təməli qoyulmuş, inşası sürətlə davam edən Ağdam-Füzuli yol Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biridir. Yolun üzərində 5 ədəd körpü, iki ədəd yolötürücü layihələndirilib. 1 yolötürücü və 2 körpünün tikintisi başa çatdırılıb, hazırda tamamlanma işləri aparılır. Digər körpələrdə də tikinti işləri davam edir. Bununla yanaşı, torpaq işlərinin icrası çərçivəsində yararsız süxurun çıxarılması, qazma, yatağın genişləndirilməsi işləri davam etdirilir. Həmçinin yol boyunca suyun ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, zəruri yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidləri tikilir. Yol üzərində layihələndirilən körpülərin tikintisi davam etdirilir və yol əsasının inşası bitən hissələrdə asfalt-beton örtüyün döşənməsi işləri görülür. Yolun inşası Bərdədən AğdamFüzuliyə qədər, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək", - deyə agentlik rəsmisi qeyd edib.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərini öz aralarında böləcək    

Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək    

Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Güclü küləyin Qubada yaratdığı fəsadlar: Sakinlər təhlükə altındadırlar

Ən çox oxunanalar