Poliqon xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Valid Əbu Hayya “RİA Novosti” Agentliyinə İsrail hakimiyyətinin daim qonşu Misir və İordaniyanın hakimiyyət orqanları ilə koordinasiya içində olduğunu bildirib.
Valid Əbu Hayyanın sözlərinə görə, İsrail ordusunun hava hücumlarında məqsəd yalnız Fələstinin HƏMAS hərəkatı ilə mübarizə aparmaqdır.
“İsrailin məqsədi keçən şənbə günü şahidi olduğumuz hadisələrin təkrarlanmasının qarşısını almaq üçün HƏMAS-ın hərbi imkanlarını zəiflətmək və aradan qaldırmaqdır” deyə İsrail XİN-nin nümayəndəsi bildirib.
Vəlid Əbu Həyya Misir və İordaniya tərəfləri ilə koordinasiyanın gündəlik həyata keçirildiyinə aydınlıq gətirərək, İsrailin hər iki ölkə ilə ortaq sərhədlərə və sülh müqavilələrinə malik olduğunu vurğulayıb.
Poliqon.info