Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövnəq Abdullayev ikinci prezidentliyini də itirir – SOCAR-ın sabiq rəhbəri yaxın zamanlarda AFFA-dan da gedəcək...

SOCAR-ın sabiq prezidenti, İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev yaxın zamanda AFFA-nın prezidenti vəzifəsindən uzaqlaşdırılacaq...

Bununla bağlı redaksiyamıza daxil olan məlumatda bildirilir ki, sabiq SOCAR prezidentinin AFFA-dakı günləri də artıq sayılıdır. Böyük ehtimalla yaxın aylarda AFFA-nın növbədənkənar konfransı keçiriləcək və quruma yeni prezident seçiləcək.

Məlumata görə AFFA-da artıq post-Abdullayev dönəminə hazırlaşır və bəziləri prezidentlik kürsüsünə özünü layiq görməyə başlayıb. Lakin bütün hallarda AFFA prezidentliyi ilə bağlı qərar ən yüksək səviyyədə veriləcəyindən hələ kimsə bu kürsüdə kimin oturacağını bilmir.

Qeyd edək ki, Rövnəq Abdullayev 2005-2022-ci illərdə SOCAR-ın prezidenti vəzifəsini tutub. Bu illər ərzində dəfələlə milli neft şirkətindən külli miqdarda qazanc əldə edənlər arasında onun ən yaxın çevrəsinin adı hallanıb. Bu qazanc əsl sahiblərinin gizlədilməsi üçün hörümçək toruna bənzəyən sxemlə yaradılan onlarla şirkət vasitəsilə əldə edilib.

Rövnəq Abdullayev özünə yaxın adamlar vasitəsilə şirkətlər şəbəkəsi yaradaraq SOCAR-dan külli miqdarda qazanc götürüb. Məhz ona yaxın olduğu üçün bu şirkətlər SOCAR-la bağlanan müqavilələrdə üstün şərtlər əldə edib.

Rövnəq Abdullayev 2004-2008-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsində çalışıb. 2008-ci il martın 14-də ilk, 2012-ci il martın 9-da ikinci, 2016-cı il martın 11-də üçüncü, 2020-ci il yanvarın 28-də isə dördüncü dəfə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib.

Son zamanlar Rövnəq Abdullayevin etimadı itirməsi ilə bağlı məlumatlar yayılır.

Polqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Neftçalada üzərində güllə izi olan kəllə skeleti tapıldı - Foto

Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu açıqlandı - Yenilənib

Ən çox oxunanalar