Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nikolay Patruşevi Bakıya gətirən səbəblər nə olub?

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Azərbaycana səfər edib...

Politoloq: “Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfəri əsasən, Rusiya sülhməramlı qüvvələri ilə bağlı yaranan siyasi polimika və İranla Azərbaycan arasında “Zəngəzur" dəhlizinin yeni seqmentinin razılaşmasından qaynaqlanan narahatlıqdır”.

“Patruşevin səfəri və cənab prezident İlham Əliyev tərəfindən qəbul edilməsi, Azərbaycanın Rusiya ilə əlaqələrə önəm verdiyini göstərir. Amma, Azərbaycanın öz maraqları var”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Rusiyanın Təhlükəsizlik Şurasının katibinin Bakı səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edib. Onun Bakıya hər gəlişi mediada, siyasi dairələrdə xüsusi müzakirə edilir. Təhlükəsizlik Şurasının katibinin Rusiyanın siyasi elitasında xüsusi yer tutduğunu və Putinə ən çox təsir göstərən simalardan biri olduğunu nəzərə alarsaq, Nikolay Patruşevi Bakıya gətirən səbəblər nədir və Patruşev Bakıya hansı xüsusi təkliflərlə gələ bilər?

Nikolay Patruşevin Bakı səfərinin pərdəarxası məqamlarını Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin vaxtından əvvəl, Qarabağdan çıxarılmasında maraqlıdır. Rəsmi şəkildə elan edilməsə də siyasi kluarlarda Moskvaya mesaj verilib”.

Rusiyanın regionda mövqelərini qoruyub saxlamağa çalışdığını xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, məhz sülhməramlılarla bağlı yaranmış vəziyyətlə bağlı Kreml əsas söz sahiblərindən birini Azərbaycana göndərib:

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfəri əsasən, Rusiya sülhməramlı qüvvələri ilə bağlı yaranan siyasi polimika və İranla Azərbaycan arasında “Zəngəzur" dəhlizinin yeni seqmentinin razılaşmasından qaynaqlanan narahatlıqdır.

Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin vaxtından əvvəl, Qarabağdan çıxarılmasında maraqlıdır. Rəsmi şəkildə elan edilməsə də siyasi kluarlarda Moskvaya mesaj verilib. Ona görə də Rusiya xarici işlər nazirinin müavini M. Qaluzin Rusiya sülhməramlı qüvvələrinin Qarabağda qalacağına və ermənilərin hüquqlarını qoruyacağını qeyd etmişdi. Həmçinin Azərbaycana da göndərdikləri yeni sülh müqaviləsində bu məsələlərdə yer aldığını qeyd edib.

Məhəmməd Əsədullazadə: “Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin təkliflərini hazırlayıb, bunun üçün Bakının razılığını almağa çalışır”.

Nikolay Patruşevin səfərində Azərbaycan Rusiyanın belə bir təkliflərini qəbul etməyəcək. Həmçinin İranla Zəngəzur dəhlizinin açılması Rusiyanın regionda mövqeyinə ciddi zərbə vurub. Çünki, Ermənistan ərazisindən dəhliz keçəcəkdisə, bu, Rusiyanin nəzarətində olacaqdı. Həmçinin, Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin təkliflərini hazırlayıb, bunun üçün Bakının razılığını almağa çalışır.

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu istiqamətdə Türkiyə ilə fəal kordinasiyali fəaliyyət göstərir. N. Patruşevin səfəri və cənab prezident İlham Əliyev tərəfindən qəbul edilməsi, Azərbaycanın Rusiya ilə əlaqələrə önəm verdiyini göstərir. Amma, Azərbaycanın öz maraqları var və bu istiqamətdə siyasətini davam etdirəcək. Azərbaycan Rusiya ilə 3+3 platforması çərçivəsində əməkdaşlıqda maraqlıdır. Bunu cənab prezident İlham Əliyev N. Patruşevin diqqətinə çatdırdı. Rusiya çalışır ki, regionda mövqelərini qoruyub saxlasın. Ona görə də Kreml əsas söz sahiblərindən birini Azərbaycana göndərib”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar