Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yoav Qalant: “Minlərlə HƏMAS döyüşçüsü ölkəyə daxil olub”

İsrailin müdafiə naziri Yoav Qalant NATO-nun müdafiə nazirləri ilə keçirdiyi brifinqdə minlərlə HƏMAS döyüşçüsünün ölkəyə daxil olması barədə danışıb...

Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat verib.

“Minlərlə terrorçu minlərlə raket ataraq cənub sərhədimizi keçib”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, o, hücuma məruz qalan sərhəd bölgələrinə şəxsən baş çəkib. Qalant həmkarlarına hadisə yerindən senzuradan keçməmiş kadrları göstərərək, 1945-ci ildən bəri yəhudi xalqının başına belə bir hadisənin gəlmədiyini qeyd edib: yüzdən çox insan qaçırılıb, mindən çox insan öldürülüb, üç mindən çox yaralı var, beş mindən çox raket atılıb və bu say daim artmaqdadır.

Nazir İsrailin HƏMAS-ı tamamilə məhv etməyə hazır olduğunu vurğulayıb və baş verənləri yəhudi xalqının gələcəyi üçün aparılan müharibə adlandırıb. Onun sözlərinə görə, müharibə uzun və çətin olacaq, lakin bu müharibə qələbə ilə başa çatacaq.

“Bütün çətinliklərə baxmayaraq, biz vətəndaşlarımızı istənilən təhlükədən qorumağa hazırıq”, - deyə Qalant əlavə edib.

Poliqon.info


Etiket: Yoav Qalant


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib

Ən çox oxunanalar