Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Katrin Kolonanın yeni ittihamları... Paris bu addımları ilə Cənubi Qafqazda özünə yer tuta bilər?

Fransanın xarici işlər naziri yenə də Azərbaycana qarşı əsassız iddialar səsləndirib...

Politoloq: “Fransanın xarici işlər nazirinin dedikləri əsassız iddialardır. Bu Fransanın ikili, riakar siyasətinin nəticəsidir”.

“Son 10 gün ərzində BMT missiyası bölgədə oldu, araşdırmalar apardı, hesabatlar hazırladı. Hər hansı bir humanitar problemin olmadığı ilə bağlı və Azərbaycan tərəfindən bütün proseslərin beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirildi qeyd edilib”.

Bu sözləri politoloq Oktay Qasımov Fransanın xarici işlər nazirinin Senatda Azərbaycana qarşı etdiyi çıxışını Poliqon-a şərh edərkən qeyd edib.

Fransanın xarici işlər naziri Katrin Kolonanın Senatda çıxışı zamanı yenə də Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Xanım Kolona bununla da qalmayaraq, daimi beynəlxalq müşahidə mövcudluğu altında Qarabağ ermənilərinin geri qayıtması barədə BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qəbul edilməsini vacib hesab edib. Fransanın xarici işlər naziri bunun üçün Parisin BMT Təhlükəsizlik Şurasına müraciət etdiyini də açıqlayıb.

Fransanın növbəti dəfə əsasız olaraq Azərbaycanı BMT-də qaralamaq cəhdini, xüsusən də Qarabağda daimi beynəlxalq müşahidəçilərin olması ilə bağlı iddasını necə dəyərləndirmək olar və Paris bu addımları ilə Cənubi Qafqazda özünə yer tuta bilərmi?

Fransanın növbəti Azərbaycana qarşı atdığı addımı Poliqon-un əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.

Oktay Qasımov: “Fransa bir formada ermənilər üzərindən bölgədə yerləşmək istəyir. Amma Parisin bütün bu cəhdlərinin heç bir nəticə verməyəcəyi qənaətindəyəm”.

Beynəlxalq mexanizmlərin yaradılmasının əsla Azərbaycan tərəfindən qəbul edilməyəcəyi qənaətində olan politoloq Poliqon-a bildirib ki, bölgədə heç bir beynəlxalq mexanizmə gərək yoxdur və bu sadəcə olmayan münaqişənin yenidən oluşdurmağa çalışmaqdan başqa bir şey deyil:

“Fransanın xarici işlər nazirinin dedikləri əsassız iddialardır. Bu Fransanın ikili, riakar siyasətinin nəticəsidir. Fransa dövləti 35 il ərazində Azərbaycandan, həm Ermənistandan, həm də Qarabağdan qaçqın düşən bir milyon əhali ilə bağlı bir dəfə münasibət bildirməyib.

Ermənilərin Qarabağa geri qayıtması məsələsinə gəlincə, Azərbaycanın özü dəfələrlə bu məsələni gündəmə gətirib. Erməni əhalisinə də müraciət olunub və portal da yaradılıb. Kim Azərbaycan vətəndaşlığını qəbul edib, bölgədə yaşamaq istəyirsə, heç bir problem yoxdur. Azərbaycan onların konstision hüquqlarını təmin edəcək.

Oktay Qasımov: “Bu rəylər Fransanı qane etmədiyi üçün, onun aqressiv siyasətinə əngəl törətdiyinə görə müxtəlif variantlara əl atacaqlar”.

Bu məsələ ilə bağlı beynəlxalq mexanizmlərin yaradılması əsla Azərbaycan tərəfindən qəbul edilməyəcək. Çünki bölgədə heç bir beynəlxalq mexanizmə gərək yoxdur və bu cəhd sadəcə olmayan münaqişənin yenidən oluşdurmağa çalışmaqdan başqa bir şey deyil. Əvvəla, bölgədə Rusiya sülhməramlıları fəaliyyət göstərməkdədirlər. İkinci əlavə bir bu cür missiyaya ehtiyac yoxdur. Digər tərəfdən son 10 gün ərzində BMT missiyası bölgədə oldu, araşdırmalar apardı, hesabatlar hazırladı. Hər hansı bir humanitar problemin olmadığı ilə bağlı və Azərbaycan tərəfindən bütün proseslərin beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirildi qeyd edilib.

Sadəcə olaraq, bu rəylər Fransanı qane etmədiyi üçün, onun aqressiv siyasətinə əngəl törətdiyinə görə müxtəlif variantlara əl atacaqlar. Biz onsuz da Fransadan bunu gözləyirdik. Fransa bir formada ermənilər üzərindən bölgədə yerləşmək istəyir. Amma Parisin bütün bu cəhdlərinin heç bir nəticə verməyəcəyi qənaətindəyəm”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar