Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novella Cəfəroğlu: "İsraildə müharibədə iştirak edən nəvələrimin harada olduqlarını bilmirik...”

“İsraildəki ailə üzvlərimlə danışıram. Oğlum müharibədə yaralananları çıxarır, nəvələrimin isə harada olduqlarını bilmirik. Buna “böyük sirr” deyirlər. Hələlik hər şey normaldır. Amma çox narahatam, çünki uşaqlarımızın yaşadığı Təl-Əvivə mütəmadi olaraq bomba atırlar. Gecə ilə sığınacaqlara qaçmalı olurlar. Təkcə terrorçuların şəhərə girmələrindən qorxuram. Allah eləməsin, şəhərə girsələr, heç kimə rəhm etməyəcəklər. Xırda şəhərlərə, Aşkelona atırlar. Müharibənin bitməsini, barış olmasını istəyirəm. Oğlumun çalışdığı xəstəxanada nə qədər fələstinli qız tibb bacısı işləyir. Yaxşı maaş alırlar. Bütün xərcləri İsrail qarşılayır. Yeməkləri, suları, enerji təminatı... neçə min fələstinli İsraildə işləyib məvacib alır. HƏMAS, sən niyə bu düşmənçiliyi edirsən? Fələstin özü hər tərəfdən İsraildəki qədər çox pul, köməklik alır. Hanı o pullar? Hara, kimə verir? Deməli, öz millətinə köməklik etmir. Qəzzanı yəhudi milləti fələstinlilərə verib çıxdı, dedi ki, oturun. Qadınlar, uşaqlar ölür. Deyirik ki, çıxın o şəhərdən. Çünki evlərin altında tunellər var və həmin tunellərdən raket atırlar. Bayraqları əllərinə alıb “Allahu-Əkbər” deyə-deyə milləti öldürürlər...”

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq-müdafiəçisi Novella Cəfəroğlu deyib.

Azərbaycan neçə illərdir, müharibə şəraitindədir. Vətən müharibəsində Xankəndinin düz qapısında idi, girərdi də. Mülki camaata zərər dəyməsin deyə geri qayıtdı. Anti-terror əməliyyatlarında bir nəfər belə erməni sakinin burnu qanamadı, şikayət etmədilər ki, bizi qovdular. Ali Baş Komandanımızla əsgərlərimiz sağolsun! Fələstinin böyükləri deyirdilər ki, erməni bizim kimi “öz torpaqlarını” istəyir. Millətimizə sağol deyirəm, doğrudan da, təəssübkeşdir. Azərbaycan-türk millətinin 70%-i İsraili dəstəklədi. Yüz dəfə onlara minnətdaram. Yerdə qalan 30% də düşünsün ki, Fələstin Qarabağ müharibəsində onların yanında dayanmadı, heç vaxt. Erməninin yanında dayandı. Bunu da düşünmək lazımdır. Dostlarımızın tərəfində durmalıyıq ki, ağır günləmizdə yanımızda idilər. Millətim ona yaxşılıq edəni yadından çıxarmır. “Quran”da yazılmayıb ki, “Allahu-Əkbər” de, get uşağa güllə at, qoca qadını döy... Mənim sözüm Fələstin millətinə deyil, HƏMAS-a, Hizbullahadır”, - N.Cəfəroğlu bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar