Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADY: "Zəngəzur Dəhlizinin Azərbaycan hissəsi gələn il fəaliyyətə başlayacaq"

Zəngəzur Dəhlizinin Azərbaycan hissəsi 2024-cü ildən fəaliyyətə başlayacaq...

Bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova deyib.

A.İsmayılovanın sözlərinə görə, artıq Füzuli-Ağbənd dəmiryolu xəttinin 60 %-dən çoxu hazırdır:

"3 ildən az bir müddətdə multimodal Zəngəzur dəhlizinin 110,4 kilometrlik birxətli dəmir yolu seqmentinin üçdə ikisindən çoxu artıq döşənib.

Dəhliz boyu 3 tunel, onlarla körpü və 9 dəmir yolu stansiyası tikiləcək. Türkiyə şirkətləri tərəfindən Həkəri çayı üzərindən 418 metrlik dəmir yolu körpüsünün tikintisi yaxın vaxtlarda işlək vəziyyətdə gətiriləcək".

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci ilin febralın 15-də Füzuliyə səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub.

Ötən həftə Şərqi Zəngəzur dəhlizi adlandırılan, Araz çayının sol sahili boyu uzanıb Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat kommunikasiyalarının həyata keçirilməsi üçün Zəngilanda ilk təməlqoyma mərasimi keçirilib. İranın yollar və şəhərsalma naziri Mehrdad Bazrpaşın və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin iştirak etdiyi mərasimdə Horadiz-Ağbənd dəmir yolunu və çoxzolaqlı avtomobil yolunu İrana birləşdirmək üçün Araz çayı üzərindən salınacaq yeni dəmir yol və avtomobil yolu körpüsünün təməli qoyulub.(report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar