Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkəmizdə virus tüğyan edir: kovid qayıdıb?

Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Əlizamin Sadıqov bu barədə açıqlama verib...

Əfsuslar olsun ki, ölkədə yayılan virusun nəylə bağlı olduğu barədə rəsmi məlumat yoxdur. Amma dünyada bu gün hələ də koronavirusdan başqa digər virus və xəstəliklər, yəni epidemik dalğa yoxdur. Bunu nəzərə aldıqda bu virusun COVİD-19 olduğu məlum məsələdir.

Bu barədə Axar.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Əlizamin Sadıqov deyib.

Professor qeyd edib ki, bu virusu əvvəlkindən fərqləndirən cəhət isə bu xəstəliyin qısa müddətdə bitməsidir:

“Əvvəl xəstəliyin müddəti daha uzun çəkərdi. İndi hərarət yüksəlməsi, burun tutulması, baş, boğaz ağrısı müddətində azalma var. Əvvəllər hərarət 20-25 gün davam edərdi. İndi bu müddət daha qısadır və fəsadları da azdır.

Hazırda COVİD-19-un “eris” deyilən variantı dünyanın 57 ölkəsində qeydə alınıb. Bizdə koronavirusun hansı variantı olmasıyla bağlı rəsmi statistika, genetik analiz yoxdur. Qeyd edim ki, bu virus cəmiyyət üçün təhlükə törətmir və ölüm halları yoxdur. Bu da vaksinin effektindən və insanların təbii immunitetindən irəli gəlir. Amma bir qrup insan var ki, heç vaxt vaksin olmayıb, koronaya yoluxmayıb və immuniteti zəifdir. Bu virus həmin insanlar, yaşlılar və körpələr üçün təhlükəli ola bilər”.

Sadıqovun sözlərinə görə, risk qrupundan olan insanların vaksin vurdurması çox vacibdir:

“Yaşlı insanlar və körpələr virusdan qorunmalıdır. Risk qrupu olan insanların 6 aydan bir COVİD-19 vaksini vurdurması zəruridir. Təbii ki, infeksiyadan qorunma tədbirləri görməliyik. Xəstə olanda şəxs evdə qalmalı, məsafəni qorumalı və maskaya əməl etməlidir”.

Poliqon.info


Etiket: COVİD-19


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay