Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şarl Mişel: Rəsmi Bakı Avropa İttifaqının tərəfdaşıdır

Rəsmi Bakının Avropa İttifaqının tərəfdaşı olaraq qalır...

APA xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel “Euronews”a müsahibəsində bildirib.

Azərbaycan bu gün tərəfdaşdırmı? Bəli, tərəfdaşdır. Bu, o demək deyil ki, münasibətlərimiz sadədir. Xeyr, sadə deyil. Çətinliklər varmı? Bəli, bu çətinliklər realdır və bunu başa düşmək lazımdır”, - o deyib.

Şarl Mişel, Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirlərinə Avropa İttifaqının göz yumması ittihamına da münasibət bildirib: “Mən arqumenti başa düşürəm, lakin bu, düzgün deyil. Rusiyanın Ukraynaya təcavüzündən sonra biz Avropanın enerji təchizatını çox sürətlə diversifikasiya etmək qabiliyyətini göstərdik və buna görə də enerji təchizatı baxımından indi bir çox variantımız var”.

Şarl Mişel Aİ-nin Bakı ilə qaz müqaviləsinə yenidən baxmalı olub-olmaması ilə bağlı suala isə belə cavab verib: “Ancaq indi bizim baxmalı olduğumuz məsələ ErmənistanAzərbaycan arasında münasibətləri necə normallaşdırmaqdır ki, biz hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını qəti və mübahisəsiz şəkildə təmin edə bilək”.

O qeyd edib ki, Aİ hər iki tərəfin verdiyi vədlərə hörmətlə bağlı öhdəlik götürməsini təmin edən normallaşma prosesini təşviq edəcək. Şarl Mişelin sözlərinə görə, “mütləq prioritet sərhədlərlə bağlı danışıqların olmasını təmin etməkdir”.

“Məhz bu istiqamətdə irəliləyişi təmin edən Avropa vasitəçilik prosesidir, bura münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsi, həmçinin əlaqələnmə dediyimiz məsələ, yəni həm Ermənistan, həm də Azərbaycan əhalisinin regionda hərəkətini təmin edən imkanlarının olması daxildir”, - Aİ lideri əlavə edib.

Aİ Şurasının Prezidenti 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə atəşkəs bəyanatı imzalandıqdan sonra Qarabağda olan Rusiyanın sülhməramlı qüvvələrinin lokal antiterror tədbirləri zamanı kənarda dayanmasını pisləyib.

Rusiyanın erməni xalqına xəyanət etdiyi aydındır.

Rusiya bu sülh və təhlükəsizlik müqaviləsinə zəmanət vermək üçün yerdə əsgərlərinin olmasını istəyirdi. Amma biz görürük ki, hərbi əməliyyatlar ərazidəki Rusiya sülhməramlı qüvvələrinin zərrə qədər reaksiyası olmadan başlanıb. Digər tərəfdən, Avropa İttifaqının yerdə qüvvə və ya hərbi mövcudluğu yoxdur”, - Aİ lideri vurğulayıb.

Poliqon.info


Etiket: Şarl Mişel


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar