Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda həbs edilən Fəridin anası oğlunun son vəziyyətini açıqladı

“Oğlum Fəridin vəziyyəti yaxşıdır”...

Bu barədə “Trend”ə İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib

O bildirib ki, Fəridlə iki gün əvvəl danışıb:

“Səhhətində də heç bir problem yoxdur. Əfv olunacağına dair bir ümidi yoxdur. Deyir ki, bir neçə dəfə ümidlənib, lakin nəticə olmayıb. Belə olduqda özünü pis hiss edir. Oxuması üçün vəkilindən kitab istəyib”.

D.Əsgərova əlavə edib ki, hələ apellyasiya məhkəməsi keçirilməyib.

“Yaxın həftələrdə apellyasiya məhkəməsinin nə vaxt keçiriləcəyi barədə məlumat olacaq”, - deyə o qeyd edib.

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi, 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.

19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib ki, iranlı həmkarı ilə görüşü zamanı ondan Fərid Səfərlinin məsələsinə humanizm prinsiplərinə uyğun baxılmasını xahiş edib.

Qeyd edək ki, Fərid Səfərli 2 il müddətinə azadlıqdan məhrum edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar