Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AK Slovakiyadakı seçkilərdə “görünməmiş dezinformasiya” olduğunu bildirib

Avropa Komissiyasının Avropa Dəyərləri və Şəffaflıq üzrə sədr müavini Vera Jourova bildirib ki, Slovakiyada parlament seçkiləri “görünməmiş dezinformasiya” şəraitində keçib...

Poliqon xəbər verir ki, bu barədə “Çexiya TV” məlumat yayıb.

Buna baxmayaraq, onun sözlərinə görə, Avropa Komissiyası Slovakiyada keçirilən parlament seçkilərinin nəticələrinə hörmətlə yanaşır:

“Lakin qeyd etmək lazımdır ki, məsələn, ikinci yeri tutan Proqressiv Slovakiya Partiyası görünməmiş dezinformasiya repressiyaları ilə üzləşib”, deyə Jurova vurğulayıb.

O, qeyd edib ki, bunu bütün sorğularda və bu yaxınlarda dezinformasiya kampaniyalarının vəziyyəti haqqında məlumat verən platformalardan əldə etdiyi məlumatlarda görür. Jurova əlavə edib ki, AK Slovakiyanın informasiya məkanının ifrat sağçı və digər mənbələrin materialları ilə yüksək səviyyədə doldurulmasını müşahidə edib.

Jourova seçkilərdə qalib gələn Smer Partiyasını və ikinci yeri tutan Proqressiv Slovakiya Partiyasını uğurlarına görə təbrik edib.

Qeyd edək ki, Slovakiyada keçirilən parlament seçkilərində keçmiş baş nazir Robert Fikonun İstiqamət - Sosial Demokratiya Partiyası qalib gəlib. Fiko Rusiyayönlü mövqeyi, Ukraynaya hərbi yardımı və NATO-ya daxil olmasını tənqid etməsi ilə tanınır. O, münaqişənin tezliklə həlli üçün səy göstərəcəyinə söz verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Ən çox oxunanalar