Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 105 illiyi və prokurorluq işçilərinin peşə bayramı günüdür...

Poliqon xəbər verir ki, Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 105 illiyi qeyd olunub.

Artıq 25 ildir ki, hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli Sərəncam imzalayıb.

Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, Rayon Prokuroru Rauf Gözəlov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzüb, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə yaxından tanış olub, Azərbaycan prokurorluq orqanlarının yaranmasının 105 illiyinə həsr olunmuş videoçarxa baxıblar.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev icra başçısı Rəcəb Babaşovun adından 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 105 illiyi münasibətilə Baş Prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev başda olmaqla, prokurorluq sahəsində çalışan bütün əməkdaşları təbrik edib, ən xoş arzularını çatdırıb. 

Sonra peşə bayramı münasibətilə bir qrup prokurorluq işçisi Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar