Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş arvadı iki il sonra xəstəxanada Saakaşvilini ziyarət edib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin keçmiş həyat yoldaşı Sandra Rulofs iki il sonra xəstəxanada onu ziyarət edib...

Poliqon xəbər verir ki, Sandra Rulofs özü məlumat yayıb. Sandra deyib ki, o, iki ildən sonra ilk dəfə buna “psixoloji cəhətdən qadir olub”. Bu barədə “RİA Novosti” Rulovsun sosial şəbəkədəki paylaşımına istinadən xəbər verir.

Saakaşvilinin keçmiş həyat yoldaşının sözlərinə görə, keçmiş ərini ziyarət etmək üçün “psixoloji cəhətdən hazır olmağa” ona iki il lazım olub. Sandra Rulofs Tiflis klinikasında baş tutan görüşün “səmimi söhbət” olduğunu bildirib. Sandra Rulofs keçmiş prezidentlə artıq birlikdə olmadıqlarını vurğulayaraq, eyni zamanda Saakaşviliyə cansağlığı və xoşbəxtlik arzulayıb.

Qeyd edək ki, Saakaşvili özünə qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin payızının ortalarında gizli şəkildə vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb.

Xatırladaq ki, milliyətcə holland olan Sandra Rulofs 1993-cü ildə Strasburqda Beynəlxalq İnsan Hüquqları İnstitutunda ali təhsilini davam etdirərkən Mixail Saakaşvili ilə tanış olub və onunla birlikdə Nyu-Yorka köçüb. 1996-cı ildə cütlük Gürcüstana gəlib və Sandra Rulofs Beynəlxalq Qırmızı Xaç Komitəsində və Niderland Krallığının konsulluğunda işləyib. Onlar 2004-cü ildə rəsmi nikaha giriblər və 2013-cü ildə boşanınlar. Cütlüyün Eduard (1995) və Nikoloz (2005) adlı iki oğlu var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Ramzan Kadırov İlon Maskı Çeçenistana dəvət edib

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

İlham Əliyev Azərbaycanın Türkiyəyə istənilən əlavə dəstəyi göstərməyə hazır olduğunu bildirib

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Ən çox oxunanalar