Çərşənbə, 10 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Prezidentinin Naxçıvan şəhərində rəsmi qarşılanma mərasimi olub - Yenilənib, Video

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan şəhərində rəsmi qarşılanma mərasimi olub...

APA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Prezident İlham ƏliyevPrezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Türkiyə nümayəndə heyəti Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

***

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Naxçıvanın Hava Limanında qarşılayıb.

“Report” xəbər verir ki, bu gün 2 ölkə liderləri arasında Naxçıvanda görüş olacaq.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Naxçıvan Beynəlxalq Hava Limanında eniş edib.

***

Poliqon xəbər verir ki, dövlət başçısını hava limanından rəsmi şəxslər yola salıblar.

Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Məlumata görə, dövlət başçıları İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində iştirak edəcək və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışını edəcəklər.

Bundan başqa, Azərbaycan və Türkiyə liderləri Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərk-silah prosesini və Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edəcəklər.

Dövlət başçılarının, həmçinin digər regional və ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparacaqları gözlənilir.(report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Tanrının Alla Puqaçovanın məsləhətinə ehtiyacı yoxdur" - Zaxarova

Bakıda özəl xəstəxana 32 yaşlı qadının ölümünü əvvəl təkzib, sonra təsdiq etdi - Detallar

İran Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv ola bilər?

DİN rəsmisi səsvermədən sonra sərbəst toplaşma ilə bağlı xəbərdarlıq etdi

Ərəstun Oruclu: Orban bunu Putinin tapşırığı ilə edirdi...

Bakıda kişi nişanını iki dəfə pozan sevgilisini döydü

Ər-Riyadın təhdidi: Rusiyanın aktivləri müsadirə olunarsa, avrobondları satacaq...

Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydasında dəyişiklik edilib

Natiq Miri: Rusiyanın potensial təhlükəsi NATO-nu həqiqətən də, silkələdi...

Ən çox oxunanalar