Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb ölkələri Cənubi Qafqazda baş verənlərə niyə qərəzli münasibətləri bəsləyirlər?..

BMT-dəki müzakirələrdə qeyri obyektiv mövqe sərgiləyən Avropa İttifaqı ölkələri və ABŞ oldu...

Politoloq: “BMT-də müzakirələrin keçirilməsinə heç bir lüzum yox idi. Artıq neçənci dəfədir ki, Ermənistan tərəfi BMT-dən özü üçün siyasi manipulyasiya aləti kimi istifadə edir”.

“Almaniyanın xarici işlər naziri Annalena Berbokun və Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin çıxışı qərəzli, reallıqdan uzaq bir yanaşma idi”.

Bu sözləri politoloq İlyas Hüseynov dünən BMT-də aparılan müzakirələri Poliqon-a şərh edərkən qeyd edib.

Dünən BMT-dəki müzakirələrdə qeyri obyektiv mövqe sərgiləyən Avropa İttifaqı ölkələri və ABŞ oldu. Xüsusi ilə Almaniyanın xarici işlər naziri Annalena Berbokun və Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin çıxışı obyektivlikdən çox uzaq idi.

Avropa İttifaqının Cənubi Qafqazda baş verənlərə qarşı bu qədər qeyri-obyektiv olmasını nəylə əlaqələndirmək olar? Burda sırf ermənipərəstlik rol oynayır, yoxsa Avropa İttifaqının regiondakı geosiyasi maraqları bunu tələb edir?

Avropa İttıfaqının Cənubi Qafqazada baş verənlərə yanaşmasını Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Fransanın dəstəyi ilə Azərbaycana qarşı bu cür qeyri-obyektiv münasibət formalaşdırılır. Amma Avropa İttifaqı ümumiyyəlikdə Fransadan ibarət deyil”.

Əgər Cənubi Qafqazda gedən geopolitik mübarizədə Rusiya ilə Avropa İttifaqı arasında çəkişmə varsa, bunun Azərbaycanın milli maraqlarına toxunmamalı olduğunu nəzərə çatdıran politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, Qərb dövlətlərinin bu qərəzli mövqeyi Azərbaycanın ərazi bütövlüyü və suverenlik hüquqlarını zədələməməlidir:

BMT-də müzakirələrin keçirilməsinə heç bir lüzum yox idi. Artıq neçənci dəfədir ki, Ermənistan tərəfi BMT-dən özü üçün siyasi manipulyasiya aləti kimi istifadə edir. İşin paradoksal tərəfi ondan ibarətdir ki, BMT-nın 1993-cü ildə qəbul etdiyi 4 qətnamə riayət etməyən, onun tələblərini icra etməyən Ermənistan bu gün BMT-yə ümid edir və çalışır ki, Azərbaycana qarşı hər hansısa qınayıcı qətnamə qəbul olunsun.

Bildiyimiz kimi Fransa Təhlükəsizlik Şurasının daimi üzvüdür və Fransanın dəstəyi ilə Təhlükəsizlik Şurasının iclası çağrılır. Ötən ilin sentyabr və dekabr ayında bu cür iclaslar keçirildi. Bu il də artıq iki dəfə Təhlükəsizlik Şurasının iclası keçirilsə də, Ermənistan istəyinə nail ola bilmədi. Lakin müzakirələrdə bir sıra maraqlı və qəbuledilməz məqamlar yaşandı. Bu xüsusda qeyd etmək lazımdır ki, Almaniyanın xarici işlər naziri Annalena Berbokun və Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin çıxışı qərəzli, reallıqdan uzaq bir yanaşma idi.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, Avropa İttifaqı Azərbaycan ilə enerji sahəsi üzrə strateji tərəfdaşdır. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın Avropaya ixrac etdiyi qazın həcminin iki dəfəyə qədər artırılması haqqında razılaşma imzalanıb. Avropa Komissiyasının rəhbəri Fon der Leyen Azərbaycana səfəri çərçivəsində bu razılaşma tarixi sənəd kimi qiymətləndirildi. Lakin enerji sahəsində münasibətlərin yüksək olmasına rəğmən biz Azərbaycana qarşı qərəzli münasibəti görməkdəyik.

İlyas Hüseynov: “Qərb ölkələrinin ermənilərə olan xüsusi yanaşması diqqət çəkir və sanki onlar özlərini ermənilərin qarşısında borclu hesab edirlər. Mən düşünürəm ki, xristian təəssübkeşliyi də müəyyən qədər rol oynayır. Amma bu əsas faktor deyil”.

Burada əlbəttə, Fransanın dəstəyi ilə Azərbaycana qarşı bu cür qeyri-obyektiv münasibət formalaşdırılır. Amma Avropa İttifaqı ümumiyyəlikdə Fransadan ibarət deyil. Burada digər dövlətlərin də yanaşması xüsusi əhəmiyyət kəsb edir. Mənə elə gəlir ki, Fransanın bu qeyri-obyektiv, reallıqdan uzaq yolverilməzdir və buna qarşı Avropa İttifaqında olan Azərbaycanın strateji tərəfdaşları da bir münasibət ifadə etməlidirlər.

Digər tərəfdən burada bir geosiyasi yanaşma kimi də prosesi dəyərləndirmək olar. Çünki Avropa İttifaqı beynəlxalq müstəvidə Rusiyaya qarşı mübarizə aparır və iqtisadi sanksiyalar tətbiq olunur. Rusiyanın regionda möhkəmlənməsi əleyhinə Avropa İttifaqının qeyri-obyektiv münasibətini hardasa əlaqələndirmək olar. Lakin burda onlar məhz Rusiyanın yaxın müttəfiqinin mənafelərin, həm də ədalətsiz və beynəlxalq normalara zidd mənafeyini qorumağa çalışırlar. Bu isə Qərb ölkələrinin davranışlarında qəribəlikdən və qeyri-davamlılıqdan xəbər verir. Yəni kollektiv Qərbin Ermənistanı müdafiə etməsi heç də geosiyasi məsələlərlə əlaqəli deyil. Burada Qərb ölkələrinin ermənilərə olan xüsusi yanaşması diqqət çəkir və sanki onlar özlərini ermənilərin qarşısında borclu hesab edirlər. Mən düşünürəm ki, xristian təəssübkeşliyi də müəyyən qədər rol oynayır. Amma bu əsas faktor deyil.

Əgər Cənubi Qafqazda gedən geosiyasi mübarizədə Rusiya ilə Avropa İttifaqı arasında çəkişmə varsa, bu Azərbaycanın milli maraqlarına toxunmamalıdır. Eyni zamanda Qərb dövlətlərinin bu qərəzli mövqeyi Azərbaycanın ərazi bütövlüyü və suverenlik hüquqlarını zədələməməlidir.

Bu prinsipial bir mövqedir və Azərbaycanın siyasi iradəsi ilə ifadə olunub. Buna görə də Azərbaycan da yalnız öz milli maraqlarından çıxış edərək bütün güc mərkəzlərini, bütün dövlətləri beynəlxalq hüquqa riayət etməyə çağırır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Ən çox oxunanalar