Cümə axşamı, 07 Dekabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maliyyə ayrılmasa belə, Pentaqon Kiyevə kömək etməyə davam edəcək

Konqres Ukraynaya yardımın maliyyələşdirməsi ilə bağlı qərar qəbul etməsə, Pentaqon Ukrayna Silahlı Qüvvələrinə kömək etməyə davam edəcək...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın Müdafiə Nazirliyinin nümayəndəsi Kris Şervud Politico nəşrinə müsahibəsində bildirib. O, qeyd edib ki, Pentaqon Ukrayna Silahlı Qüvvələrinə gələcək yardımı artıq təmin edib və ABŞ Konqresi sentyabrın sonuna qədər maliyyələşdirmə ilə bağlı qərar qəbul etməsə belə, Pentaqon Kiyevə yardımı davam etdirə biləcək.

Şervud vurğulayıb ki, qanunvericilər arasında razılıq əldə olunmadığı üçün ABŞ Müdafiə Nazirliyi Ukraynaya dəstək fəaliyyətlərini davam etdirmək qərarına gəlib. Onun sözlərinə görə, bu addım o deməkdir ki, ABŞ hərbçilərinin münaqişə ilə bağlı fəaliyyəti, o cümlədən Ukrayna hərbçilərinə təlim keçməkdə, həmçinin Kiyevi silahla təmin etməkdə davam edəcək.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Ukrayna üçün “Hawk” hava hücumundan müdafiə sistemlərinin, artilleriya və mərmilərin ikinci batareyasını ehtiva edən yeni silah paketini təsdiqləyib. Bundan əlavə, gələn həftə ilk “Abrams” tankları Ukraynaya göndəriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi

Azərbaycan-Gürcüstan sərhədində 20 kilometrlik tıxac yarandı - Video

DİN-dən xəbərdarlıq: “Beş min manatadək cərimələnə bilərsiniz” - Foto

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - Yenilənib

İtaliya “Bir Kəmər-Bir Yol” layihəsindən çıxır

Ərdoğana görə sərt tədbirlər: Mitinqlər qadağan olundu, sneyperlər binalara yerləşdiriləcək

Harada gəldi qəza işıq siqnalını yandırmaq olmaz - İzah

Azərbaycan Türkiyənin turizm bölgələrinə şərab ixrac etmək istəyir

Bakı və Abşeronda bu fərdi yaşayış evləri təmir olunacaq

Bütün Ukraynaya yenidən kütləvi hücum başladı - Video

Ən çox oxunanalar