Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

CNN: Sudanda “Vaqner”ə qarşı zərbələrin arxasında Ukrayna kəşfiyyatı dayanır

Sudanda “Vaqner”in dəstəklədiyi silahlı qruplaşmaları hədəf alan bir sıra dron zərbələri və quru əməliyyatlarının arxasında çox güman ki, Ukrayna kəşfiyyat xidmətləri dayanır...

Poliqon CNN telekanalına istinadən xəbər verir ki, Ukrayna hərbi mənbəsi əməliyyatı “sudanlı olmayan hərbçilərin” işi kimi qiymətləndirib. Hücumların arxasında Kiyevin olub-olmaması ilə bağlı suala mənbə “bunun üçün yəqin ki, Ukrayna xüsusi xidmət orqanlarının məsuliyyət daşıdığını” bildirib. Telekanal qeyd edir ki, bu, Rusiyanın Ukraynaya təcavüzünün təsirlərinin cəbhə xəttindən çox-çox kənara yayıldığı ehtimalını artırır.

Sudan ordusu ilə ölkəyə nəzarət etmək üçün döyüşmək məqsədilə Rusiyanın muzdlu “Vaqner” qrupundan kömək aldığı güman edilən Çevik Dəstək Qüvvələrinə (RSF) bir sıra hücumlar olub.

CNN jurnalistləri Ukraynanın silsilə hücumlarda iştirakını müstəqil şəkildə təsdiq edə bilməyiblər. Lakin ortaya çıxan video sübut Ukraynanın dron hücumlarının tərzini nümayiş etdirir.

Ukraynalılar tərəfindən geniş istifadə olunan iki kommersiya pilotsuz təyyarəsi ən azı 8 zərbədə iştirak edib, pilotsuz təyyarənin idarəedicisində Ukrayna mətni görünür. Mütəxəssislər həmçinin bildiriblər ki, istifadə olunan taktika, yəni pilotsuz təyyarələrin birbaşa hədəfə dalış sxemi Sudan və Afrika regionu üçün çox qeyri-adi olub.

Ukrayna pilotsuz təyyarənin görüntülərində əks olunan zərbələrə görə rəsmi olaraq məsuliyyəti üzərinə götürməyib. Sosial şəbəkələrdə videoların fraqmentləri yayılıb. Sudanlı yüksək rütbəli hərbi mənbə “Ukraynanın Sudandakı əməliyyatından xəbərsiz olduğunu” və buna inanmadığını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar