Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali Attestasiya Komissiyasında korrupsiya - Professorlar ölkə başçısına müraciət etdilər

Hazırda respublikanın elm ictimaiyyətini çox maraqlandıran bir məsələ var...

Son ilərdə Ali Attestasiya Komissiyasında (AAK) baş verən rüşvət və korrupsiya halları, özbaşnalıq, vətəndaşları ifrat dərəcədə incitmə halları və s. elm ictimaiyyətini narahat edir.

AzFakt.com xəbər verir ki, bu, AMEA-nın bir qrup professoru - V. Həsənov, B. Sərdarov, M. İsmayılov, C. Dadaşov və başqalarının adından redaksiyalara ünvanlanmış müraciətdə qeyd edilir.

Müraciət müəlliflərinin yazdığına görə, nəhayət ki, cari ilin iyun ayının sonlarında AAK sədrinin yaratdığı korrupsiya şəbəkəsinin ən fəal üzvlərindən biri, İqtisadiyyat üzrə ekspert şurasının elmi katibi prof. Şəfa Əliyev Respublika Prokurorluğunn Korupsiya idarəsinin əməkdaşları tərəfindən ifşa olunaraq, barəsində cinayət işi qaldırılıb:

“AAK sədri Famil Mustafayevin ən fəal pul yığanlarından-maklerlərindən biri barədə məhkəmə istintaq başa çatana qədər Şəfa Əliyev barəsində ev dustaqlığı qərarı verilib. Biz bu addımı alqışlayırıq, istintaqın sona çatmasını səbirsizliklə gözləyirik”.

Elm adamlarını narahat edən başqa bir məqam da var:

“Bizi həm də narahat edən odur ki, rüşvət məsələsinin AAK sədri Famil Mustafayevə aidiyyatının olmaması və ya artıq onun məsuliyyətdən yayınaraq, Şəfa Əliyevi “qurbanlıq” etməsi barədə söz-söhbətlərdir.

Əvvəla hamı gözəl bilir və bu dəfələrlə müxtəlif KİV-lərdə də ayrı-ayrı şəxslərin dilindən səslənib ki, AAK-dakı korrupsiya şəbəkəsinin başında Famil Mustafayev dayanır. Eyni zamanda istintaq da çox gözəl bilir ki, Şəfa Əliyev yığılan rüşvət pullarını kimə verib”.

Elm adamları müraicətlərində Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşlarının obyektivliyinə inandıqlarını yazır, ancaq F. Mustafayevi müdafiə edən yüksək çinli məmurların da olduğunu bildirirlər: “Yəni, hər cür vasitə ilə Famil Mustafayevi himayə edən, vaxtaşırı onun hədiyyələrini qəbul edən yüksək çinli məmurlar korrupsiya məsələsində də onu müdafiə etməyə etməyə cəhd göstərəcəklər. Bəs cənab prezidentimizə sadiqlik harada qalacaq?! Axı, prezident dəfələrlə bəyan edib ki, kimliyindən asılı olmayaraq hər bir dövlət məmuru tötətdiyi əməllərə görə layiqli cavabını alcaqdır. Çox təəssüflər olsun ki, cənab prezidentin sözlərini hələ də dərk etməyənlər var, ancaq gec-tez onlar da layiqli cavabını alırlar və alacaqlar”.

Professorlar redaksiya vasitəsilə Azərbaycan Respublikasının Prezidentindən xahiş ediblər ki, AAK-da baş verən korrupsiya hadisəsini nəzarətə götürsün və Famil Mustafayev kimi rüşvətxor, korrupsioner, elm ictimaiyyətində heç bir nüfuzu olmayan məmuru kimsələr gizlincə müdafiə etməsinlər, istintaq işinə maneçilik göstərməinlər:

“Onsuz da elm ictimaiyyəti birmənalı şəkildə bilir ki, AAK-da baş verən bütün korrupsiya hadisələrinin başında şəxsən Famil Mustafayev dayanır və o da öz himayədarlarına arxalanır. Cəmiyyətdə həmin yüksək çinli məmurların adı hallanır. Ancaq biz bu şəxslərə hörmət əlaməti olaraq onların adlarını yazmırıq və buna inanmaq da isəməzdik. Çünki, istər DTX, istərsə də Baş Prokurorluğun korrupsiyaya qarşı mübarizə qurumları tərəfindən ifşa olunan və korrupsiya əməlinə qarşı mübarizənin şəxsən cənab prezidentin nəzarəti altında olmasına əminik və buna görə də ümid edirik ki, heç bir məmurun bu məsələyə müdaxilə etməyə cürət çatmayacaq. Müdaxiləsi isə ölkə başçısına xəyanət kimi qiymətləndiriləcək”.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar