Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan MSK səsləri yenidən sayacaq

Ermənistan Mərkəzi Seçki Komissiyası Yerevan Şəhər Şurasına keçirilən seçkilərdə səsləri yenidən hesablayacaq...

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) hakim “Mülki Müqavilə” partiyasının qalib gələ bilmədiyi və cəmi 32,57% səs topladığı Yerevan Şəhər Şurasına seçkilərdə səsləri yenidən hesablayacaq.

Poliqon xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. .

Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı seçkinin ilkin nəticələrinə görə, beş partiya Şəhər Şurasına daxil olmaq üçün minimum həddi keçib. Bunlar “Mülki müqavilə” (32,57 faiz, 24 mandat), “Milli Tərəqqi” (18,89 faiz, 14 mandat), “Ana Ermənistan” (15,43 faiz, 12 mandat), “Respublika” (11,32 faiz, 8 mandat) və “ İctimai səs” (9,68%, 7 mandat) partiyalarıdır.

Qeyd edək ki, Yerevanda keçirilən seçkilərdə Paşinyanın partiyası şəhər merini seçmək üçün yetərli səsə sahib deyil.

Yenidən hesablama üçün məntəqələr püşkatma yolu ilə seçiləcək. Bu proses bu gün, sentyabrın 19-da başlayacaq və sentyabrın 22-də başa çatacaq. Yenidən sayımı bütün siyasi qüvvələrin vəkil edilmiş şəxsləri və namizədləri, müşahidəçilər və jurnalistlər izləyə biləcək. Yayım MSK-nın internet saytında aparılacaq.

Müxalif “Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan vətəndaşları, ilk növbədə, səs verməyənləri etiraz aksiyaları keçirməyə hazır olmağa çağırıb. “Novosti-Armeniya”nın xəbərinə görə, siyasətçi hesab edir ki, hakimiyyət Şəhər Şurasında səs çoxluğu əldə etmək üçün bütün seçki məntəqələrində səslərin yenidən hesablanması və saxtakarlıq yolu ilə seçkinin nəticələrinə yenidən baxılmasına nail olmağı planlaşdırır.

İrəvan Şəhər Şurası Ermənistan paytaxtının qanunverici orqanıdır. Bu qurum şəhər merini seçən 65 deputatdan ibarətdir. Seçkilər nəticəsində hakim partiya öz namizədi Tiqran Avinyanı mer vəzifəsinə seçmək üçün 50%-lik baryeri keçə bilməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay