Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin köməkçisi: Azərbaycan Ermənistanla sülh müqaviləsinin bu ilin sonuna kimi bağlanacağına ümid edir

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibə verib...

Azərbaycan Ermənistanla sülh müqaviləsinin bu ilin sonuna kimi bağlanacağına ümid edir.

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan rəsmi İrəvanla Bakı arasında münasibətlərin nizamlanması üçün beynəlxalq vasitəçilərin töhfəsini yüksək qiymətləndirir: "Beynəlxalq vasitəçilərin fəaliyyətinə gəlincə, biz onların Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına verdiyi töhfəni yüksək qiymətləndiririk. Azərbaycan hələ də cari ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümid edir və Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa çağırırıq. Ermənistan sülh müqaviləsinə imza ataraq Azərbaycanın ərazi bütövlüyünü, ölkəmizin Qarabağ iqtisadi rayonu da daxil olmaqla, rəsmi şəkildə tanısın, gələcəkdə Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinmək barədə üzərinə öhdəlik götürsün”.

Hikmət Hacıyev onu da qeyd edib ki, Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşları ilə qarşılıqlı təmas daxili məsələdir, həmin əhali qrupunun hüquq və təhlükəsizliyinin təmin edilməsi bəhanəsi altında, Ermənistanın beynəlxalq platformalara çıxarmaq cəhdləri də ölkəmizin daxili işlərinə qarışmaqdır: "Onlar bizim vətəndaşlarımızdır və onların hüquqlarını, təhlükəsizliyini Azərbaycan Respublikasının Konstitusiyası təmin edəcək”.

H. Hacıyevin sözlərinə görə, Ermənistan Azərbaycan ərazisindəki separatçı rejimi maliyyələşdirmək siyasətindən əl çəkməlidir.

Hikmət Hacıyev Rusiyanın fəal vasitəçiliyi ilə 2020-ci ilin noyabr ayında genişmiqyaslı hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatın imzalanmasının təmin edilməsi prosesində rəsmi Moskvanın rolunu son dərəcə vacib adlandırıb və əlavə edib ki, Avropa İttifaqı (Aİ) ilə ABŞ da danışıqlar prosesinə öz töhfələrini verirlər: “Danışıqların hər bir forması ümumilikdə özünəməxsus şəkildə unikaldır və Bakı ilə İrəvan arasında ən problemli məsələlər üzrə dialoqların aparılmasına kömək edir”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar