Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunun orta məktəblərində “15 sentyabr - Bilik günü” qeyd olundu

Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr - “Bilik günü” Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunub...

Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün rəngarəng və maraqlı tədbirlər hazırlanmışdır.

Bu gün 15 sentyabr - “Bilik günü” münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və RİH Aparatının məsul əməkdaşları keçirilən tədbirlərdə iştirak etmişdir.

Keçirilən tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Qeyd olunmuşdur ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında təhsilin inkişafı, imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil obyektlərinin yenilənməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilir. Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Mütəmadi olaraq təhsil işçilərinin əmək haqlarının artırılması, hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrinin əsaslı təmiri böyük vüsət almışdır. Ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən Nəsimi rayonundakı orta və məktəbəqədər təhsil müəssisələrinin də böyük əksəriyyəti əsaslı təmir olunub. Rayon məktəblərində təhsilin səviyyəsi, şagirdlərin biliklərə yiyələnməsi üçün yaradılan şərait diqqət mərkəzindədir. Görülən işlərin nəticəsidir ki, rayon təhsil müəssisələrinin uğurları artır, məzunlarımızın ali məktəblərə daxil olma göstəriciləri ildən-ilə çoxalır.

15 sentyabr - “Bilik günü” münasibətilə Nəsimi rayon məktəblərində keçirilən tədbirlərdə şagirdlərin hazırladıqları bədii kompozisiyalar, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.

Fotolar

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar